Son illərdə aparılan bir çox elmi araşdırma ilə insanların müəyyən qida növlərini istehlak etdikdə bədənlərində onları xoşbəxt edən hormonların artdığı və həmin şəxslərin bu vəziyyəti həqiqətən hiss etdikləri müəyyən edilib.
Elchi.az CNNtürk-ə istinadən insanı xoşbəxt edən qidaları təqdim edir:
Çiyələk
C vitamini və müxtəlif minerallarla zəngin olan çiyələk xoşbəxtlik hormonu olan serotonini artırır. Mövsüm ərzində gündə 6-8 çiyələk istehlak edə bilərsiniz.
Bal
Normal şəkərdən çox daha yaxşı şəkər qaynağı olan bal, tərkibindəki kimyəvi maddələrlə depressiyanın qarşısını alır.
Banan
Meyvələr arasında ən çox serotonin ifraz edən banandır. Kalium və B vitaminləri sayəsində də enerji verir.
Qatıq
Tərkibində süddən daha çox kalsium olan qatıq neyronların işləməsinə kömək edir və eyni zamanda bədəni formada saxlayır.
Yumurta
Tərkibində sink, B vitaminləri, yod, omeqa-3, yağ turşuları və zülal olan yumurta bir enerji qaynağı olmaqla yanaşı, mədənizi tox tutar. Buna görə səhər yeməyində yumurta istehlak etmək tövsiyə olunur.
Kakos
Tərkibindəki trigliseridlər sayəsində həm xoşbəxtlik verir, həm də qan axını tənzimləyir.
Yeganə