Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevskinin açıqlamaları Kiyev rejiminin terrorçu və anti-insani mahiyyətini sübut edir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, Darya Duqinanın Ukrayna xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilməsi Kiyev rejiminin terrorçu olduğu sübut edir:
“Təsəvvür etmək mümkün deyil ki, səfir, ikitərəfli münasibətləri möhkəmləndirməyə çağırılan bir şəxs vətəndaşlarının milli zəmində məhv edilməsinə çağırış edərək, millətlərarası harmoniyanı pozmaqla məşğul olur. Kiyevin bu çağırışlarla bağlı ifadəli sükutu çox aşkardır, bunu razılıqdan başqa bir şey adlandırmaq olmaz”.
Xatırladaq ki, sosial şəbəkələrdə dərc olunmuş videoda Pyotr Vrublyovski deyib ki, Ukrayna rejimi bacardığı qədər daha çox rus öldürməyə çalışır.
Şayəstə