Avqustun 20-də Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Dnepropetrovsk vilayətində rusların Qara dənizdən atdığı 4 “Kalibr” qanadlı raketini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.
“Bundan başqa, səhər saatlarında düşmənin daha bir PUA-sı məhv edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna ordusu daha əvvəl də Rusiyaya məxsus ümumi dəyəri 26 milyon dollar olan 4 “Kalibr” qanadlı raketini vurmuşdu.
İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub
İran İsrailə son hücumda “Qədr”, “İmad” və “Xeybər” raketlərindən istifadə edib. Elchi.az xəbər verir ki, bunu SEPAH-ın Aerokosmik Qüvvələri komandanının...