UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
İkinci oyun günündə daha 6 cavab görüşü keçirilib.
Türkiyə “Fənərbağça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.
“Fənərbağça” ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin “Sürix”, İsveçin “Malmö”, Kiprin AEK (Larnaka) və Yunanıstanın “Olimpiakos” klubları mərhələ adlayıblar.
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Elchi.az xəbər verir ki, qurumun inzibati binasında gerçəkləşəcək toplantı saat 15:00-da başlayacaq....