Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 5 iyul tarixində Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.
Nazirlikdən Elchi.az-a verilən məlumata görə, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini – ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 mayda Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Elchi.az xəbər verir...