Azərbaycanda 2023-2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyası hazırlanacaq.
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən (Teleradio İB) Bununla bağlı “Teleradio”da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, eləcə də radio-televiziya şirkətlərinin məsul nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Konsepsiyanın hazırlanması Türkiyənin “Arthur D. Little” Konsaltinq Xidmətləri Səhmdar Şirkətinə həvalə olunub. Görüşdə şirkət təmsilçisi təqdimatla çıxış edib.
Konsepsiyanın texniki-iqtisadi cəhətdən səmərəli hazırlanması ilə bağlı toplantı iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb.
Konsepsiyanın hazırlandığı müddətdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.
Vyetnam Prezidenti Azərbaycan liderini təbrik edib
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir:...