Bu ilin yanvar-mart aylarında alternativ enerji mənbələrindən 91,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 6,3 mln. kVt-saat çoxdur.
Energetika Nazirliyindən Elchi.az verilən məlumata görə, hesabat dövründə külək elektrik stansiyalarında 23,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında isə 12,5 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Qeyd olunur ki, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) yanvar-mart aylarında isə 55,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.