"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rus tankı “Bayraqdar”dan bu cür “qorunacaq” – Foto

25 Noyabr 2021 - 17:05
in DÜNYA
FacebookVatsap

Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirdiyi və ABŞ kəşfiyyatının Kremlin şaxtalar düşəndən sonra bu ölkə üzərinə hücuma başlayacağı haqda xəbərdarlıqları fonunda Krıma yeridilmiş rus tanklarında kamikadze-dronlardan, “Bayraqdar TB2” döyüş pilotsuz təyyarələrindən və yüksək dəqiqlikli tank əleyhinə raketlərdən qorunmaq üçün primitiv konstruksiya quraşdırıldığı məlum olub.

Bunu da oxuyun

Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

Virtualaz.org xəbər verir ki, bu konstruksiya tankın qülləsi üzərində yüngül zireh təbəqəsindən quraşdırılan örtükdən və qülləni yan tərəfdən qoruyan metal tordan ibarətdir.

Rus tanklarındakı bu primitiv konstruksiyaya “Drive” nəşri diqqəti cəlb edir. Həmin konstruksiya T-80 tankının üzərində görünüb. Bundan əvvəl isə Rusiyanın Rostov vilayətində Ukrayna sərhədlərinə tərəf irəliləyən T-72B3 əsas döyüş tanklarından bəzilərində bu cür primitiv konstruksiya qeydə alınmışdı.

“Drive” qeyd edir ki, bu konstruksiyanın tankın qülləsini yuxarıdan endirilən zərbələrdən qorumaq üçün nəzərdə tutulduğu aydındır. Nəşrin yazdığına görə, görünür ötən il Qarabağda gedən müharibə zamanı erməni tanklarının kütləvi şəkildə “Bayraqdar TB2” zərbə pilotsuz təyyarələrindən buraxılan MAM-L və MAM-C lazer başlıqlı raketləri, “Harop” və digər kamikadze-dronlar, o cümlədən İsrail istehsalı olan “Spays” və “Spayk NLOS” tank əleyhinə yüksək dəqiqlikli raketləri ilə məhv edilməsini nəzərə alaraq indi Ukrayna istiqamətinə yeridilmiş rus tanklarını bu cür primitiv üsulla qorumağa çalışırlar.

Bu konstruksiyanın tankı kamikadze-dronlardan və yüksək dəqiqlikli raketlərdən, o cümlədən Ukrayna ordusunun silahlanmasında yer alan “Javelin” raketlərindən nə dərəcədə qoruya biləcəyi məlum deyil. Amma ehtimal edilir ki, belə konstruksiya tanka endirilən zərbələrin effektivliyini azalda bilər.

İndiki halda qüllənin yan tərəfinə bərkidilmiş metal tor “Javelin” raketinin zərbəsinin qarşısını tam ala bilməsə də ola bilsin ki, raketin tandem kumulyativ başlığı ilə təmasın daha tez baş verməsinə, nəticədə raketin tankın qülləsinə dəymədən partlamasına səbəb olacaq. Hətta metal tor raketi dayandıra bilməsə də onun effektivliyini azalda bilərdi.

Habelə həmin konstruksiya “Javelin” qədər yüksək dəqiqlikli olmayan digər tank əleyhinə idarəolunan raketlərin də effektivliyinin azaldılmasına kömək edər. Nəşr qeyd edir ki, belə əldədüzəltmə konstruksiya görünür Rusiya tanklarında təcrübə məqsədi ilə quraşdırılır.

Xatırladaq ki, Rusiyanın Ukraynanın Xarkov vilayəti ilə həmsərhəd ərazilərində bu günlərdə yüzlərlə, yaxud ola bilsin minlərlə T-80 tanklarının cəmləşdirildiyi də qeydə alınmışdı.

Previous Post

Türkiyəyə görünməmiş hücum başlayıb – Kurum

Next Post

Paşinyana yeni müavin təyin edildi

Bənzər yazılar

Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

19 Noyabr 2026 - 20:18

Ermənistan və Türkiyə iki ölkənin sərhədində yerləşən Marqara sahəsində ikinci körpü tikməyi planlaşdırır. Elchi.az Ermənistan mediasına istinadən xəbər verir ki,...

SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

19 Noyabr 2026 - 20:15

İran daha əvvəl Dieqo-Qarsiya adası ərazisində 4 500 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik raketlərinin imkanlarını nümayiş etdirib və...

İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

19 Noyabr 2026 - 18:21

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində “Bir Zəfər, iki şəhər” adlı konsert proqramı təşkil olunub....

Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

19 Noyabr 2026 - 18:13

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi hazırda razılaşdırılmanın yekun mərhələsindədir və Moskva onun ən yaxın vaxtlarda baş tutacağına ümid...

Next Post
Paşinyana yeni müavin təyin edildi

Paşinyana yeni müavin təyin edildi

Paşinyana yeni müavin təyin edildi

Paşinyana yeni müavin təyin edildi

Son xəbərlər

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

19 Noyabr 2026 - 20:21
Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

19 Noyabr 2026 - 20:18
SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

19 Noyabr 2026 - 20:15
ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb

ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb

19 Noyabr 2026 - 20:13
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

19 Noyabr 2026 - 19:25
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

19 Noyabr 2026 - 19:07
Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

19 Noyabr 2026 - 18:55
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

19 Noyabr 2026 - 18:47
Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi olub

Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi olub

19 Noyabr 2026 - 18:34
İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

19 Noyabr 2026 - 18:21
Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

19 Noyabr 2026 - 18:13
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

19 Noyabr 2026 - 17:59
APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

19 Noyabr 2026 - 17:45

Məleykə Abbaszadə BDU-nun da kollektivə təqdim olunub

19 Noyabr 2026 - 17:38
Tçuameni “Real Madrid”lə müqaviləsini uzatdı

Tçuameni “Real Madrid”lə müqaviləsini uzatdı

19 Noyabr 2026 - 17:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.