"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Saçı uzun, ağlı qısa qadınlar…”

18 Oktyabr 2014 - 18:11
in MƏDƏNİYYƏT
FacebookVatsap


1413553092sergey

Yaraşıqlı, eyni zamanda şair olmaq… Bir az çətin məsələdir. Bu iki keyfiyyətin “Yeni Puşkin” adlandırılan kəndli balası Sergey Yesenində yaratdığı vəhdət “saçı uzun, ağlı qısa” dediyi qadınları şairə aşiq etmişdi. Ən yadda qalan sevgilərindən biri – özündən 18 yaş böyük olan “Rəqsin tanrısı” adlandırılan İsadora Dunkanla yaşadığı münasibət olub. Qadının onun haqqında “Belə bir üzə sahib olub şair olmaq inanılmazdı” deməsi və onunla tanış olana qədər evlənmək istəməsə də, Yeseninlə evlənib iki uşaq anası olması şairin İsadoraya unudulmaz təsir bağışladığını göstərir.

Sergey Yesenin ilə İsadora Dunkan 1921-ci ildə rəssam Georg Yakulovu ziyarət edərkən tanış olublar. Sonradan onların sevgisi dillərə dastan olub. Həmin vaxtlarda Yeseninin İsadoraya olan eşqinin dilə-dişə düşməsinə qarşı “Aldatmaram özümü” adlı şeirini yazır.

 

Aldatmaram özümü

Aldatmaram özümü,

sıxıntılı ürəyimdə qayğı pusqu qurub.

Niyə  adım “şarlatan” çıxıb?

Niyə “sərsəri” deyə anılıram?

Quldur deyiləm, meşədə soyğunçuluq etmədim,

Həbsxanada yatan bəxtsizləri güllələmədim.

Mən, sadəcə, qarşıma çıxanlara

gülümsəyən küçə şorgözüyəm,

moskvalı eşqbaz, dəliqanlının biriyəm.

Bütün Tverskoy qəsəbəsində

Bunu da oxuyun

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

quş kimi gedişimi

bilməyən küçə iti yox.

Qotur atların hamısı

məni görəndə başını silkələyir.

Heyvanların ən yaxşı dostuyam,

Şeirlərim tək heyvan, ruhların şəfası…

silindr papağı başıma qoysam – qadınlar üçün deyil,

anlamsız ehtiraslara qəlbim qapalıdı,

içimdəki hüznü yatırtmaq

madyanıma arpanın qızılını təqdim etmək istəyərəm.

İnsanlarla dostluq eləmədim,

Başqa bir aləmə həsr etdim özümü.

Ən yaxşı qalstukumu təsadüfi

Küçə sərxoşunun boynuna dolamağa hazıram.

Artıq dərd eləməyəcəyəm özümə,

güclü qəlbimdə qaranlıqlar dağıldı.

Bunun üçün “şarlatan” deyə anıldım,

Buna görə adıma “sərsəri” dedilər.

 

Əslində isə şairin sevdiyi qadınlara həsr etdiyi şeirlər kifayət qədər idi.

Məni sevmirsən, mənə acımırsan,

Yoxsa mən o qədər də gözəl biri deyiləm?

Üzümə baxmadan, ehtirasla əriyirsən,

Buraxıb çiynimə qollarını.

Duyğulu dilbər, ağzı qulaqlarında,

Nə şəfqətliyəm sənə, nə də kobud.

Anlat mənə, neçə kişi oxşadın?

Neçə əl xatırlayırsan? Neçə dodaq?

Bilirəm – gəlib keçdilər kölgələr kimi

Sənin atəşinə toxuna bilmədən.

Bir uşağın dizlərinə oturdun,
İndiysə, budur, mənim yanımdasan.

Fikir vermərəm yavaşca bağlanmış gözlərinə,
Başqasını düşünsən nə olacaq ki?
Mən də zatən səni elə də sevə bilmərəm,
Uzaqdakı bir yarda boğulurkən.

Bu ehtirasa qədər demə,
Qısametrajlı, atəşli bir münasibət,
Necə təsadüfən qarşılaşdımsa səninlə,
Gülümsəyərəm, içim rahat ayrılarkən.

Sən də öz yolunla gedərsən.
Bədbəxt günlərini dağıtmaq üçün,
Ancaq sən “öpülməmişlərə” toxunma,
Ancaq “(könlü) yanmamışların” ağlını başından alma.

Və sən başqasıyla küçədə
gəzərkən dağıdarkən eşqini
Bəlkə, mən də bir yürüyüşə çıxaram,
Və biz yenə qarşılaşarıq.

Onun çiyninə bir də yaxınlaşaraq
Və başın bir az da önə əyilmiş,
Mənə sakitcə bir “gecən xeyirə” deyərsən.
Mənsə cavablayaram: “gecən xeyirə, xanım”.

Könlümü heç bir şey təlaşa sala bilməz,
Və heç bir şey onu titrətməz,
Bir dəfə sevibsə, o bir daha sevməz,
Bir dəfə yanıbsa o, bir daha alışa bilməz.

Yeseninin ilk məhəbbəti Anna Sardanovskaya olsa da, onlar ailə qurmadılar. Yesenin 1916-cı ildə Annaya “За горами, за желтыми долами” adlı şeirini həsr edir. Onun Annaya “Зачем зовешь т.р.м” adlı şeir ithaf etməsi faktı da var. Lakin həmin şeir əlimizə gəlib çatmayıb. Yesenin məktublarının birində onu cırıb atdığını deyir.

Konstantinov kəndində Mariya adlı müəllimlə tanış olan Yeseninin ürəyində ona qarşı məhəbbət hisslər baş qaldırır. O, “Не бродить, не мять в кустах багряных” və “Ты плакала в вечерней тишине” adlı şeirlərini Mariya Balzamovaya həsr edib.

Doqquz yaşından şeir yazan Yesenin əməkdaşlıq etdiyi nəşriyyat tərəfindən Moskvaya göndərilir. 1915-ci ildə isə Aleksandr Blok, Andrey Belıy kimi şairlərlə görüşmək üçün Peterburqa gedir. 1916-17-ci ildə əsgərliyə çağırılan Sergey Birinci Dünya Savaşı bitəndən sonra Moskvaya qayıdır.

Sergey Yeseninin hələ yeniyetmə vaxtlarında mülkədar qızı Lidiya Kaşinagildə çox olub, hansı ki şairin dostları sonralar xatirələrində bu haqda danışıblar. Yesenin uğurları ilə öyünməyəcək qədər sadə biri idi. O, Kaşinaya  “Yaşıl saç”, daha sonra isə “Anna Sneqina” adlı poema həsr edir.

Şair ilk dəfə Anna İzryadnova ilə ailə qurur və ondan Yuri adlı oğlu dünyaya gəlir. Və ömrünün sonuna qədər bu qadınla əlaqəsini kəsmir.

Yeseninin ikinci  dəfə gözəl, zərif, ağıllı bir qadın olan aktrisa Zinaida Rayxla ailə qurub. Şairin ondan Tatyana və Konstantin adlı iki uşağı dünyaya gəlib.  Onlar üç il bir yerdə yaşadıqdan sonra Rayx artıq ona dözə bilmir, evlilikləri bitir. Zinaida Yeseninin dostu məşhur rejissor Meyerxolda ərə gedir. Sergey Yesenin Rayxa “Bir qadına məktub” və bir çox başqa şeirlər yazıb.

 

Bir qadına məktub

Xatırlayırsan?
Hər şeyi, təbii ki, xatırlayırsan,
Necə təəccüblü dayandığımı,
Divara yaxşıca yaxınlaşmış bir şəkildə,
Narahat-narahat otaqda gəzişirdin
Və kəskin bir şey
atdın üzümə.

Dedin ki:
Ayrılıq vaxtı gəlib.
Sizi pərişan edib
Mənim dağınıq həyatım.
İşlərinizi qaydaya salmağın  vaxtı imiş,

Mənə qalsa
Aşağı düşməyə davam etmək.

Sevgilim!
Siz məni sevmədiniz.
Bilmədiniz ki mən bu insan sürüsü içində
Bir madyan idim, köpüklər içində qalmış,
Cəsur süvarisi tərəfindən, var gücü ilə mahmızlanmış.

 

Bilmədiniz,

Yoğun bir duman altında mən,

Günlük həyatın baş döndürən fırtınasında
Mənə əzab verən də bu, anlamadığım,
Bu kor tale bizi hara sürükləyir?

Üz-üzə üz görünmür.
Uzaqdansa daha yaxşı görünür.
Dümdüz dəniz qabarmağa başlayanda
Bu gəmi daha da ağlamalı olur.

Dünya bir gəmidir!
Amma biri birdən
Yeni bir həyat üçün, yeni bir şöhrət üçün
Qasırğanın  böyrünə
Yönləndirir o əzəməti.

Hansımız o böyük göyərtədə
Yıxılmadıq, qusmadıq, ağzımızı pozmadıq?
Azdı onların sayı, o təcrübəli könüllərin,
Ancaq onlar çalxalanmağa dayana bildilər.

O zaman mən də
Vəhşi bir gurultu içində
İşini bilən bir yetkin adam ədasıyla,
Endim gəminin sintinesinə,
İnsan qusuntusu görməmək üçün.
O sintine bir
rus meyxanası idi.
Əyildim fincana,
Heç kimin acısını eşitməyim deyə.
Özümü boğmaq üçün
Sərxoş karbondioksiddə…

Sevgilim!
Sənə iztirab verdim.
Hüzn vardı
yorğun gözlərində:
Sənə göstərmək üçün
Davalarda xərclədim özümü.

Amma sən bilmədin,
Yoğun bir duman altında mən,
Gündəlik həyatın başgicəlləndirici fırtınasında
mənə əzab verən bu –
anlamadığım –
bu kor tale bizi hara sürükləyir.

İllər keçdi indi,
başqa bir yaşdayam.
Başqa cür hiss edirəm, başqa cür düşünürəm.

Bu gün mən
ən həssas duyğular içindəyəm.
Xatırlayıram sizin kədərli yorğunluğunuzu.
Və budur indi
Sizə tələsik deyirəm,
Necə biri idim

və nə hala gəldim!

Sevgilim!
Demək xoşuma gəlir.

Qucub bir uçuruma yuvarlanmaqdan qurtuldum.
İndi Sovet tərəfinin
Ən daşqın yoldaşıyam.

Mən indi
O zamankı kimi deyiləm.
Acı verməzdim sənə,
Əvvəllər olduğu kimi.
Azadlıq bayrağı
və aydın əməkdən sonra

Lazım gəlsə, hazıram, La Manşa qədər getməyə.

Bağışla məni…
Bilirəm: sən əvvəlki sən deyilsən.
Yaşayırsan ciddi və ağlı başında bir ərlə
Bərabərliyimizin acısına ehtiyacın yoxdu.
Və mən də sənin üçün
Bir damla qədər belə lazımlı deyiləm.

Həyatını yaşa
Ulduzun səni apardığı yerdə,
Bir çox yeni kölgələrin altında.
Salamlarımla,
səni hər zaman xatırlayacaq olan
bir tanıdığın.

 

Yeseninlə şairə Nadejda Volpinin də arasında münasibət olub. Ailə qurmadan dörd il bir yerdə yaşayıblar. Onların ayrıldıqdan sonra bir oğulları dünyaya gəlib. Nadejda Volpin 1980-ci ildə Yeseninə həsr edilmiş “Свидание с другом” memuarını çap etdirib.

Sergey Yeseninin ailə həyatı qurduğu üçüncü qadın İsadora Dunkan olub.

1920-25-ci illər arasında münasibətdə olduğu Qalinskaya ilə ayrılıb Sofya Tolstoya ilə ailə qurur.

1923-cü ilin sentyabr-dekabr aylarında yeddi şeirdən ibarət “Любовь хулигана” adlı şeirlər silsiləsini Amerikadan qayıdanda tanış olduğu Avqusta Miklaşevskayaya həsr edib.

Batumidə sinif müəlliməsi Şaqane Talyan ilə tanış olan Yesenin “İran nəğmələri” silsiləsində bir neçə şeiri ona ithaf edib.

1925-ci ildə dördüncü və sonuncu dəfə Lev Tolstoyun nəvəsi Sofya Tolstaya ilə evlənən Yeseninin irsinin qorunmasında Sofyanın böyük rolu olub.

 

 

Previous Post

Ən qorxunc manyak – 400 uşağı bişirib yedi – FOTOLAR

Next Post

“Gürcüstan heç vaxt rusların qarşısında baş əyməyəcək”

Bənzər yazılar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52

Azərbaycanın “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakı ilə bağlı qərar verilib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, ölkəmiz gələn il də...

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48

Azərbaycan Bolqarıstanın Burqas şəhərində “Avroviziya 2027” musiqi yarışında iştirak edəcək. Elchi.az xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində...

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

28 Sentyabr 2026 - 17:36

Milli Kitabxana “Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanalarında müasir kitabxana işinin təşkili: innovativ yanaşmalar və inkişaf perspektivləri” mövzusunda onlayn görüş...

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Nazirlikdən Elchi.az-a...

Next Post

"Gürcüstan heç vaxt rusların qarşısında baş əyməyəcək”

"Gürcüstan heç vaxt rusların qarşısında baş əyməyəcək”

Son xəbərlər

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

03 Oktyabr 2026 - 10:50
Lukaşenko Trampla görüşə hazırlaşır

Lukaşenko Trampla görüşə hazırlaşır

03 Oktyabr 2026 - 10:39
Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26
Prezident Ladislau-Marius Vizeri təltif etdi

Prezident Ladislau-Marius Vizeri təltif etdi

03 Oktyabr 2026 - 10:16
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

03 Oktyabr 2026 - 10:12
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.