"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Roldan çıxış”

06 Oktyabr 2014 - 02:58
in MƏDƏNİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Kult.az yeni layihəyə başlayır. “ROLDAN ÇIXIŞ” adlı bu layihədə aktyorlar roluna girdikləri obrazlar14124161711nureddin_8 haqda danışacaqlar. 

Bunu da oxuyun

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Beləliklə, Nurəddin Mehdixanlı “Əmir Teymur” obrazı barədə:

 

“Əmir Teymur Türk dünyasına nifrəti olan tarixi mənbələrdə zalım, qəddar, başkəsən, başlardan qala düzəltməyi sevən bir adam kimi təqdim edilir. Ancaq qətiyyən belə deyil. Teymur çox mərd, dostluqda sədaqətli, hətta düşmənlərinə qarşı münasibətdə mərd, ailəsinə həddindən artıq bağlı, kövrək bir insan olub. Kiçik nəvəsi dünyasını dəyişdikdə Əmir Teymur üz-gözünü cırır, saçlarını yolur, özünü torpağa bələyir.

Dəfələrlə ona hücum edən, açıq döyüşdə mərdliklə vuruşan düşmənini öldürmür. Əmir Teymur, əsgərləri hansı əzabı çəkirdisə, o  da əsgərləri ilə həmin zülmün, əzabın içində idi. Heç vaxt özü üçün xüsusi şərait yaratmayıb. Çox maraqlıdır ki, bütün hücumlarını qışda edirdi. Əsgərlərini çətinliyə öyrədirdi. Özü isə daim qabada idi. Hətta bir döyüşdə ölümlə nəticələnə biləcək hadisə baş verir. Mühafizəçilərindən ayrılaraq çox irəliyə gedir və düşmənlərin əhatəsində tək qalır. Siz təsəvvür edin, mühafizəçilər çatana qədər zədəli qolu ilə təkbaşına 24 nəfərə qarşı vuruşur.

Əmir Teymur qorxmaz, cəsur olduğu qədər də qadınına, övladlarına qarşı nəvazişlidir. Onu təhqir edən İldırım Bəyazidə ən yüksək hörmət və ehtiramı göstərir. Birinci sözü bu olur: “Ehtiramda zərrə qədər qüsur edilməsin”. Müraciət forması isə “sultanım”, “xaqanım” olur. Siz mənə elə bir nümunə göstərə bilərsinizmi ki, əsir aldığın adamla bu cür rəftar edəsən? Belə bir nümunə olub. Qüds uğrundakı savaşda ingilis kralının atı vurulur və kral atdan yıxılıb. Səlahəddin Əyyubi döyüşü saxlatdırıb, öz atlarından birini ona göndərib və kral ata mindikdən sonra döyüşü davam etdirib. Yəni, bunlar böyük tarixi şəxsiyyətlərdir.

Mən “Əmir Teymur” tamaşasının hazırlıq prosesinin əvvəlində olmamışam. Teymur rolunu başqa aktyor işləyirdi, sonradan mən dəvət olundum. Əvvəl dəvəti qəbul etmək istəmədim, çünki onlar mənim aktyor yoldaşlarımdır. Ancaq Mehriban xanımla bizim çox söhbətlərimiz oldu, o, məni inandırdı və mən də inandımsa, o işə qol qoyuram. Mən Teymurdan xəbərsiz adam deyiləm. Hər kəsin bir xəstəliyi olur, mənim də bir xəstəliyim var: tarixi öyrənmək. Teymurun oturuşu, duruşu, yerişi, ətrafındakı adamlara münasibəti ilə bağlı məlumatlara  kifayət qədər bələdəm. Onun elm adamlarına, qələm adamlarına çox böyük hörməti, diqqəti olub. Teymur ona nifrət edən bir adamı – İbn Ərəbşahı gətirib yanına və deyib ki, mənim salnaməmi sən yazacaqsan. Onu tərifləyənlərdən birini gətirə bilərdi yanına, amma ona nifrət edən adamı gətirir yanına. İbn Ərəbşah üçün hər cür imkanı yaradır. Bilir ki, onu tərifləməyəcək, hər şeyi çılpaqlığı ilə yazacaq. Ona görə də Teymur haqqında ən dəqiq məlumatlar Ərəbşahın yazdıqlarıdır. Hər şeyi olduğu kimi yazıb.

Biz bu Teymuru göstərməyə çalışdıq. Teymur təkcə qılınc oynatmağı bacarmırdı. O, həm də böyük idrak, intellekt sahibi idi. Ən çox sevdiyi məşğuliyyətlərdən biri şahmat oynamaq idi. Övladları ilə şahmat oynamağı çox sevirdi. İldırım Bəyazidi əsir alıb gətirirlər, o, oturub oğlu Şahruxla şahmat oynayır. Məhz bunu gətirdik səhnəyə. Biz heç də Avropanın bizi dünyaya tanıtdığı kimi cahil, vəhşi millət deyilik. Biz çox şeyi bilirik. Teymur ilk yazılı hərbi qaydaların müəllifidir. Savaşı necə aparmalı, arxa cəbhəni necə qurmalı, kəşfiyyat işi necə qurulmalı, düşmən cəbhəsində təxribat işləri nə şəkildə aparılmalıdır? Bu hərb qaydalarını yazıb ortaya qoyan şəxsiyyətdir. Teymur sıradan bir adam deyil.

Osmanlılar heç vaxt Teymuru sevməyiblər. İndi də Türkiyədə Əmir Teymura münasibət fərqlidir. Amma məsələ burasındadır ki, Əmir Teymur və İldırım Bəyazidin məktubları ortadadır. O məktubları oxuyun və nəticə çıxarın. Günahkar axtarırsınızsa, görün kimdir günahkar. İkincisi, Teymurla İldırım Bəyazidi baş-başa gətirən Avropa idi. İki böyük Türk dövlətinin bir-birinin yanında olması Avropanın yox olmasına gətirib çıxaracaqdı. Ona çalışdılar və nail oldular. İldırım Bəyazidin yanında sonra qədər vuruşanlar serb əsgərləri idi.

Şah İsmayılla Sultan Səlimi də Avropa baş-başa gətirdi. Biz bundan nəticə çıxarmalıyıq. Teymur deyirdi: “Osmanlılar da avropalılar kimi Asiyanı qitə hesab eləmir, onlar avropalılar kimi asiyalıları vəhşi, cahil, kobud bir tayfa kimi görürlər. Məni də miskin bir axsaq”. Osmanlının orta asiyalılara qarşı o zamankı münasibəti bu idi.

Bu gün tarixdə baş verən hadisələri yenidən qaldırıb türk qövmlərini yenidən üz-üzə qoymaq cəhdləri var. Qəzetlərdə var, mətbuatda var, sosial şəbəkələrdə var. Müəyyən qüvvələr var ki, bu işləri aparırlar. İndiki nəsil ondan dərs çıxarmalıdır. Bu gün Orta Asiya türkü, Anadolu türkü, Azərbaycan türkləri, İran adlanan ölkədə yaşayan 40 milyon türk, İraqda yaşayan türklər, türkmənlər bir şeyi anlamalıdırlar: Dünən bizim babalarımızın buraxdığı səhvi, bu gün müzakirə edib bir-birimizin üzərinə getməməliyik. Dünən dünəndə qaldı. Biz əgər, doğrudan da, bu millətin övladıyıqsa, bu gün baş verənlərdən dərs çıxarıb bir yerdə olmalıyıq. Biz bir yerdə olsaq, Əmirimizə “Topal” deyə bilməyəcəklər. Onda bizim İldırım Bəyazidimizə “Kor sultan” deyə bilməyəcəklər. Çünki Bəyazid də, Əmir Teymur da, Şah İsmayıl da, Sultan Səlim də bizimdir,

Hamısı böyük türk millətinin övladlarıdır. Tamaşanın sonunda niyə İldırım Bəyazidlə Əmir Teymuru baş-başa söykəyirik? Çünki günahlarını anladılar. Siz də anlayın. Bunların əməlləri ucbatından dağıldı o arzular, Böyük Turan arzusu dağıldı. Başlar kəsildi, ortalıqda xaraba qaldı. Ona görə Teymur tamaşanın sonunda deyir: “Ey siz, atlarınızın ayağına bez bağlayın ki, bu fəsad torpağı burda qalsın. Türküstana bulaşmasın.”

Biz bu Teymuru göstərməyə çalışdıq. İndi bunu kim necə istəyir qəbul etsin. Hər kəsin öz fikri, öz yanaşması var. Amma bu bizim təqdimatdır. Qəbul edən sağolsun, etməyən də sağolsun, tənqid edənlər də sağolsun, tərifləyənlər də. Bu tamaşa 1926-cı ildə “Azdrama”da qoyulub və bağlanıb. Biz böyük Hüseyn Cavidi və böyük Teymuru “Azdrama”nın səhnəsinə qaytardıq.

Teymurun adı ilə 300-500 tamaşaçının qabağına çıxmaqdan böyük xoşbəxtlik ola bilməz. Bu xoşbəxtlik hər aktyora nəsib olmur. Teymur bizim babamızdır, əmirimizdir.  Bu düşüncələri yaşamağın özü insana elə şeylər verir ki, bir milyard pulun-paran ola, o hissi yaşaya bilməzsən. Əmir Teymur tamaşası olanda mən səhər tezdən teatrda oluram. Girirəm otağıma, düz axşam tamaşa başlayana qədər. Geyimi, o detalları bir-bir gözdən keçirirəm, sonra qrim ustası gəlir. O prosesi yaşamağın özü bir xoşbəxtlikdir. Bundan sonra kim məni tənqid eləyir eləsin, kim “Nurəddin Mehdixanlı düz axsamırdı” deyir, desin. Mən Əmir Teymurun, Hüseyn Cavidin, teatrın və tamaşaçılarımın qarşısında borcumu qaytarmağa çalışıram. Mən bunu bacarıram. Siz məndən yaxşısını edin və mən ayaq üstə durub alqışlayım.
 

Previous Post

SOS: Ebola oktyabrda Britaniya və Fransaya çata bilər

Next Post

Gəncə Humanitar forumun iştirakçıları ilə

Bənzər yazılar

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən...

Next Post

Gəncə Humanitar forumun iştirakçıları ilə

Gəncə Humanitar forumun iştirakçıları ilə

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.