“Report” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin istefa vermiş sədri Binəli Yıldırım fevralın 19-da səlahiyyətlərini C.Adana təhvil verib.
Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçiləndək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək.
Qeyd edək ki, C.Adan 1951-ci ildə Türkiyənin Ağrı əyalətində anadan olub.
Xatırladaq ki, fevralın 18-də İstanbul Böyük Bələdəyyəsi sədrliyinə namizəd olduğu üçün Binəli Yıldırım tutduğu vəzifədən istefa verib.
İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub
İran İsrailə son hücumda “Qədr”, “İmad” və “Xeybər” raketlərindən istifadə edib. Elchi.az xəbər verir ki, bunu SEPAH-ın Aerokosmik Qüvvələri komandanının...