“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin son dövrlər korrupsiya və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb: “Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.
Astanada ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Elchi.az xəbər verir ki, bu barədə TASS...