Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edilməsidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. 2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakıvə bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib.
İcra hakimiyyətləri bu tarixdə ləğv ediləcək
Azərbaycanda icra hakimiyyətləri parlament seçkilərindən dərhal sonra arxivə göndəriləcək. Elchi.az xəbər verir ki, bu barədə “Yeni Sabah” öz mənbələrinə istinadla...