"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Əbülfəz Elçibəy dəryasından bir neçə damla

15 İyun 2018 - 11:56
in aktual-banner, Cebhe-banner, MANŞET
FacebookVatsap
Fərəc Quliyev
Fərəc İbrahim oğlu Quliyev-
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı.
1993-cü ildə Ə. Elçibeyin 1-ci müavini, AXC İcrayə komitəsinin sədri.
(Ə. Elçibəyin yubileyinə həsr olunan Xüsusi buraxılış üçün)

Əbülfəz Elçibəyin azadlıq mücadiləsi və Sovet imperiyasına qarşı mübarizəsini Azərbaycan xalqı Azərbaycan Milli Azadlıq Hərəkatı çərçivəsində bilir. Amma bu fəaliyyət bizim bidiyimizdən və düşündüyümüzdən çox-çox genişdir. Əslində Sovet respublikalarını bürümüş azadlıq hərəkatlarının ideoloji baxımdan qaynaqlandığı mərkəzlərdən biri də Azərbaycan olduğu üçün, SSRİ rəhbərliyi Ə. Elçibəyə imperiyanı dağıdan potensial lider, potensial düşmən kimi baxırdı. Hətta digər respublikalar və muxtariyyatlarda elə liderlər var idi ki, Ə. Elçibəydən taktiki məsləhətlər də alırdılar.
Ə. Elçibəy hələ SSRİ-nin stabil vaxtlarında bu dövlətin mövcudluğunu bütün hallarda işğal faktı olaraq xalqlar üçün aşağılayıcı boyunduruq kimi əsaslandıra bilirdi. Fundamental yanaşmaları ilk əvvəl əsl ziyalılar tərəfindən qəbul olunurdu ki, bu da bütün imperiyada yayılır və ilkin qığılcımlara səbəb olurdu. Kollektiv ruhu meydana gətirmək istedadına malik olan passionar ictimai rəy lideri olan Ə. Elçibəy Millətin çəkincən fərdlərini də mübariz kütlə üzvünə çevirə bilirdi .
Ə. Elçibəyin millətçi baxışları yalnız xalqın azadlığı-dövlətləşməsi-bütövləşməsi-inkişafı-qüdrətlənməsi prinsip ardıcıllığına bağlanmışdı. Milli iradə sərgilənmədən və milli güç ortaya qoyulmadan bu prinsəplərdən hər hansı birinə nail olmağın mümkünsüzlüyünü təqdim edirdi. Bu yanaşma praktiki olaraq alternativsiz idi. Elçibəy İmperiyaya qarşı mübarizəsində təşkilatlanma işlərini yalnız maarifləndirmə və s. üsullarla bitirmir, mütəşəkkil xalq- ordu xalq formalaşdırmaq hədəfləyirdi.
Tarixin və bu günün təcrübəsi bu yanaşmanın doğru olduğunu göstərdi.
Ə. Elçibəy sözdə deyil, əməli olaraq sübut etdi ki, onun üçün millətçilik öz millətini sevib, başqa millətlərə isə hörmətlə yanaşmaqdır.
Bir ideoloq və lider kimi onun haqqında hamı deyə bilər ki, Azərbaycanın müstəqilliyi və milli düşüncənin bərqərar olmasında Ə.Elçibəyin xidmətləri əvəzsizdir. Lakin, mən onu da əlavə edirəm ki, 1990-cı illərdə vüsət almış millətçilik ideologiyasının sağlam təbliği və bu prinsiplərə başqa çalarların qatılmaması da onun xidmətləri idi. Çünki, açıq şəkildə millətçilik cərəyanını radikal faşist düşüncəyə çəkmə cəhdləri var idi. Prezidentlik dönəmində milli azlıqlar haqqında verdiyi ilk fərman da bu mahiyyətin təsdiqi idi.
Eyni zamanda deyə bilərəm ki, Türkçülük ideyaları heç yerdə bizdə olduğu qədər qısa zamanda geniş vüsət almayıb. Bu məhz Ə. Elçibəyin xidməti idi. Həm bu xidmətləri, həm də Bütöv Azərbaycançı-Türkçü-Tuançı ideloji baxışlarına görə bütün Türk dünyasında Ə. Elçibəy birmənalı olaraq əvəzsiz lider kimi qəbul olunurdu. Elçibəy fərqliliklərin vəhdətin təmin etməklə yanaşı, məhvərində Türkçülük dayanan Azərbaycanlılıq prinsipini oturuşdururdu. Azərbaycanın dövlət kimi mövcudluğu, eləcə də Azərbaycanda bütün milli azlıqların var olması yalnız bu reseptlə mümkün idi.
Əbülfəz bəyin türkçülüyü ideologiya deyildi, yaşam tərzi idi. O, Türk olmağın şərəfini tam mahiyyəti ilə yaşayırdı. Törələrdəki ilahilik, bəşərilik, insansevərlik, əzmlə və şərəflə yaşama prinsipləri, alilik, məğlubedilməzlik duyğusu, ədalətlilik qaydaları, böyüyə sayğı, kiçiyə qayğı və s. saysız dəyərlərə ruhən tam bağlı idi Elçibəy. Bu xarekterindən doğan hal idi ki, siyasət haqqında xoş olmayan deyimlərə bir ad da artıra bildi- mənəviyyatlı siyasət.
Ə. Elçibəyin Türk millətçiliyi həm də dövlətçiliyə dayanırdı. Ə. Elçibəy tarixi Türk dövlətçilik ənənələrini mənimsəmiş, bu günün şətlərinə uyğunlaşdıra bilmiş böyük bir dövlət xadimi idi. O, millətin yaddaşında bir mərkəzi də məharətlə oyatdı- Türk ac, susuz qalar, Dövlətsiz qalmaz! Qüdrətli dövlət onun əsas prinsipi idi. Bu istiqamətdə o ciddi islahatlar aparan bir dövlət başçısı kimi də tarixə keçmişdir. Onun apardığı islahatlar barədə rus diplomatın Moskva ilə yazışması açıqlananda Rusiyanın təlaşı və bu addımlardan nə dərəcədə narahat olduqları faktiki aydın oldu. Rusiyanın nədən Elçibəyə qarşı bu qədər aqressiv olduğu soruşulanda gözlənilən cavab alınmışdı- Ona görə ki, Elçibəy Azərbaycan üçün ən doğruları edir…
Hər kəsə məlumdur ki, Ə. Elçibəy həm də Türk dövlətlərinin və Türk millətinin qüdrətlənməsi və inkişafını birmənalı olaraq Türk Birliyində görürdü. Prezidentlik dönəmində Türk dövlətlərinin birinci zirvə görüşünün keçirilməsinə də təşəbbüs göstərdi və Türkiyə prezidentinin dəstəyi ilə o zirvə uğurla baş tutdu. O, ictimai-siyasi-mədəni əlaqlərlə yanaşı, Türk dövlətlərinin iqtisadi-siyasi-hərbi birliyinin yaranmasında daha çox maraqlı idi. Bu birliyin yaranma konsepsiyasını təqdim edirdi. Ə. Elçibəy nümunə olaraq ilk əvvəl Azərbaycan-Türkiyə Konfedarasiyasının yaranmasını təklif olaraq irəli sürür və əldə olunacaq uğurları əsaslandırılmış şəkildə proqnozlaşdırırdı. O, bu cür birliklərdən doğmuş güçün Türk xalqlarının mövcud problemlərinin kökündən həllinin açarı adlandırırdı. O, paralel olaraq regional təhlükəsizlik konsepsiyasını da həyata keçirməyə çalışırdı. Şahidi olduğum Elçibəy-Dudayev-Qamsaxurdiya məsləhətləşmələri bu qənaəti tam formalaşdırdı. Bu liderlərin Rusiya tərəfindən hədəf götürülməsi səbəblərindən biri də bu idi.
Türk Birliyi kondeksində Türk xalqlarının təhlükəsizliyi və inkişafını gördüyü kimi, Bütöv Azərbaycanı da azərbaycan xalqının bəlalarının sonu kimi dəyərləndirirdi. Məşhur “Şuşaya yol Təbrizdən keçir” deyimi də bu düşüncənin ifadəsi idi. O, parçalanmış, bölünmüş xalqların firavan yaşamasının mümkünsüzlüyünü həm fəlsəfi olaraq, həm də tarixi təcrübəyə uyğun əsaslandırırdı. Azərbaycanın bütövlüyünə nail olmaq onun ən böyük amalı idi…
Bildiyiniz kimi, Elçibəyin həm ideoloji prinsiplərində, həm praktiki fəaliyyətində, həm də ruhən demokratik prinsiplərə bağlı idi. O, demokratik dəyərlərin ən yüksək şəkildə Türk törələrində olduğunu bildirirdi. Ə. Elçibəyə görə Törələrə sadiq hər Türk demokratdır, ədalətlidir, bəşəridir. O, hər hansı bir formada qurulmuş avtoritar rejimin kəskin əleyhidarı idi- hətta bu milli diktatura olsa belə. Ona görə hansısa bir milli marağa nail olmaq üçün yaradılmış milli-hərbi diktaturalar həmin marağı təmin etsə də, xalqın və dövlətin inkişafına böyük zərbə vurmuş olur ki, onun fəsadları uzun zaman özünü göstərmiş olur. Eyni zamnda bu cür idərəçilik formasının dayanaqlı olmasının qeyri mümkünlüyü qənaətində idi. Onun malik olduğu demokratik prinsiplər demokratik sivil dövlətlərin liderlərində ona qarşı maraq yaratmışdı. Ə. Elçibəyin fəaliyyəti demək olar ki, yaxından izlənilirdi. O, yumruğunu evdə- Azərbaycanda heç göstərmədi, amma düşmənlərə də yumruqdan başqa bir şey göstərmədi. Bunu Ə. Elçibəyin zəifi kimi gördülər… Amma dönəmin demokratik dünyasının liderlərindən hesab olunan Marqaret Tetçer onu soyuq müharibədə qələbə qazanmış demokratiyanın ilk lideri adlandırmışdı.
Ə. Elçibəy tarixin yetirdiyi azsaylı şəxsiyyətlərdəndir ki, ideoloq kimi dünyanın taleyini dəyişə biləcək prinsiplər təqdim edib, o prinsiplər uğrunda inqilabçı kimi bütün xalqı inqilaba qaldırıb və qələbə qazanmış inqilabın lideri kimi ideyaların praktiki tətbiqi ilə bağlı icraçılığı öz üzərinə götürə bilib.
Sonda Əbülfəz Elçibəyi xarakterizə edən bir məqama da diqqət çəkmək istəyirəm. Elçibəy o qədər zəngin mənəviyyata sahib idi ki, şəxsi və fiziksəl hadisələrin onun əhvalına və aurasına heç bir mənfi təsiri olmurdu. Səlahiyyətini itirmiş, yaxud xəstələnmiş adamların keçirdiyi daxili sarsıntılar səbəbindən çox vaxt onların ətraflarında mənfi aura yaranır. Elçibəy isə həm prezidentlikdən sadə kənd sakininin həyat tərzini yaşamağa məcbur olduğu dönəmdə, həm də həyatının sonunda ciddi xəstiləkdən əziyyət çəkdiyi vaxt yenə də o qədər müsbət auraya sahib idi ki, onu ziyarətə gələn insanları təəccübləndirirdi… Çünki bu Türk Kişisinin şəxsi həyatı yox idi. Halı məmləkətin halı idi.
Bu isə özünüdərkin və kamilliyin ən yüksək mərhələsinə çatmağın bariz nümunəsidir…
Yolbayımız Ə. Elçibəydin arzuladığı hədəfləriə çatacağımza tam əminliyimi bildirirəm.

Bunu da oxuyun

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Elçibəy “Orda bir yol var” deyirdi… O yola davam!!!

 

Previous Post

Tramp Krımı Rusiya ərazisi adlandırdı

Next Post

Gürcüstanda polis rəisi qətlə yetirilib

Bənzər yazılar

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

17 Avqust 2026 - 17:39

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında daha bir ölkəni təhdid etdi. Tramp, fəaliyyətlərinin qarşısının alınacağı təqdirdə...

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında İranda bəzi millətçi qrupların Xəzər dənizinin adının dəyişdirilməsi ilə...

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış Məkkə Sazişi qarşılıqlı müdafiə prinsipinə əsaslanır. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti...

Next Post

Gürcüstanda polis rəisi qətlə yetirilib

Gürcüstanda polis rəisi qətlə yetirilib

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.