95 yaşlı qadın hakim təqaüdə çıxmaqdan imtina edib

153

ABŞ-da 95 yaşlı Paulin Nyuman adlı qadın 1984-cü ildə vəzifəyə gəlib. O, hazırda  federal hakimin səlahiyyətlərini icra edən ən yaşlı qadın hakim hesab olunur.

Elchi.az News.am-a istinadən xəbər verir ki, Nyumanın həmkarları onun öz vəzifələrini yerinə yetirə bilmədiyini iddia edirlər.

Onlar qeyd edirlər ki, Paulin son dərəcə həssas, unutqan və işə diqqətini cəmləyə bilmir. Onların rəsmi şikayətindən sonra hakimlər kollegiyası qadından koqnitiv qüsur olmadığını sübut etmək üçün bir sıra testlərdən keçməyi tələb ediblər.

Nyuman isə həmkarlarının iddiaları ilə qətiyyən razılaşmır. “Spiegel” nəşri yazır ki, qadın məhkəmə sistemini ABŞ Konstitusiyasına məhəl qoymamaqda günahlandırıb ki, burada yalnız Konqres hakimlərin vəzifədən kənarlaşdırılmasına qərar verə bilər.

Qeyd edək ki, Paulin qərara məhəl qoymasa, xidmət cəriməsi ödəməli olacaq.

Yeganə