Koalisiya qüvvələri hava hücumları zamanı İraq və Suriyada 8 min 500 İŞİD üzvünü öldürüb. Axar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, ötən il İŞİD terror təşkilatına qarşı ABŞ-ın liderliyi ilə 60-a yaxın ölkənin qatıldığı beynəlxalq koalisiya qurulub. Koalisiya qüvvələri Suriya və İraqda İŞİD-ə qarşı mütəmadi olaraq hava hücumları təşkil edirlər.
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb
Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ilkin məlumata görə, 10 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ölkənin cənubundakı Rio Qrande-du-Sul...