“Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərinin namizədliyi artıq təsdiq olunub:
“Onlardan 2193 nəfəri isə imza vərəqələrini artıq götürüb, 1255 nəfəri qaytarıb, 689-u isə qeydə alınıb”.
AŞ-dən Bakı-İrəvan arasındakı razılaşmaya reaksiya
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb. Elchi.az xəbər verir ki,...