316-cı gün: Rusiyanın itkiləri açıqlandı

46

Ukrayna müharibənin 316-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 109 720 hərbçi, 3041 ədəd tank, 6108 ədəd zirehli döyüş maşını, 2051 ədəd artilleriya sistemi, 426 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 215 hava hücumundan müdafiə sistemi, 284 ədəd hərbi təyyarə, 271 ədəd helikopter, 4 4759 ədəd avtomobil texnikası, 1 844 ədəd PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 182 xüsusi avadanlıq itirib.