Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, yaxın illərdə neftə ən çox tələbat olan ölkə Hindistandır.
Elchi.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
Ekspertlərin fikrincə, aparıcı iqtisadiyyatlarda enerji keçidinin sürətlənməsi və Çində inkişafın daha az enerji tutumlu mərhələsi fonunda dövlət 2030-cu ilə qədər artımın üçdə birindən çoxunu təmin edəcək. BEA qeyd edir ki, artan neft emalı ilə dəstəklənən dinamik iqtisadi artım, urbanizasiya və sənayeləşmə fonunda Hindistanda ümumi neft tələbatı gündə 1,2 milyon barel artaraq 6,6 milyona, qlobal artım isə 3,3 milyona çata bilər.
Hindistan artıq dünyada ikinci ən böyük neft idxalçısıdır və neft məhsullarının ixracında altıncı yerdədir. Ölkənin Avropaya tədarükləri, o cümlədən sanksiyalar səbəbindən Rusiyanın qitə bazarında iştirakının kəskin azalması və Rusiya Federasiyasından idxalın əhəmiyyətli dərəcədə artması fonunda artır.
Nuranə Məmmədova