Azərbaycan elm-təhsil sistemində inqilabi yeniliklərə imza atan, türkdili xalqların tarixinə aid bir çox fundamental əsərlərin müəllifi kimi tarixə düşən tanınmış türkoloq-alim, sabiq təhsil naziri Firudin Cəlilovun səhhəti qəflətən pisləşib. Bu gün o, təcili olaraq Ankara şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Sabah Firudin müəllimin əməliyyat ediləcəyi gözlənilir. Bu haqda alimin yaxinlarindan olan Qəzənfər Əhmədli öz FB səhifəsində status yazib. Xatırladaq ki bu Firudin Cəlilovun son aylarda kecirəcəyi ikinci ağır əməliyyatdır. Tanrı yardımçısı olsun!
Elchi.az