2023-cü il tarixdə ən isti yay olub

187

Bu ilki Şimal yarımkürəsinin yayı tarixdə ən isti olub.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, orta hava temperaturu 2023-cü ilin iyun, iyul və avqust aylarında qlobal miqyasda ən yüksək səviyyəyə çatıb.
2023-cü ilin yayında havanın temperaturu orta göstəricidən 0,66 dərəcə yuxarı qalxaraq 16,77 dərəcəyə çatıb.
Bu ilin ilk 8 ayında aparılan ölçmələrlə 2023-cü il bu günə qədər 2016-cı ildən bəri rekordların ən isti ili olub. 2023-cü ildə orta temperatur 2016-cı ildən cəmi 0,01 dərəcə aşağı qalıb.
Dəniz səthinin normadan yüksək temperaturu Şimali Atlantikada və dənizlərin o tayında da ölçüldü. Avropada yay aylarında dənizlərdə isti dalğaları baş verirdi. İyunda İrlandiya və Böyük Britaniyada, iyul və avqust aylarında isə Aralıq dənizində istilik dalğaları qeydə alınıb.

Şayəstə Hüseynova