"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“200 min dollarlıq yalan” və yaxud Bəybala Hüseynovun  öz faciəsi üzərindəki şousu

28 Mart 2019 - 12:42
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Bəybala Hüseynovun “200 min dollarlıq yalanı” - Öz faciəsi üzərində şou düzəltməyin, böhtan atmağın başqa bir faciə olduğunu dərk etməmək isə... Nə isə!

Bunu da oxuyun

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlon Mask uçan Tesla-nı təqdim etdi

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Keçmiş bələdiyyə sədri bir gün paxırının açılacağından qorxaraq öz cinayətlərinə ortaq axtarır 

Ölkədə baş verən son proseslər, Prezidentin başlatdığı inqilabi islahatlar paketi çoxlarının yuxusuna haram qatıb. Tutduğu vəzifədə əslində özfəaliyyətlə məşğul olan, dövlət maraqlarını şəxsi maraqlarına qurban verənlər üçün çətin dönəm başlayıb. Rəhbərlik etdiyi sahəyə “obyekt” gözüylə baxan məmurlar islahatlarla barışmaq istəmir, tezliklə öz keçmişlərinin gələcəklərinə balta çalacağını bildikləri üçün təlaşlanır, son çabalarını sərf edirlər. Təbii ki, bu zaman sınanmış vasitələr işə düşür-iftiralar, böhtanlar yalanlar…

Hakimiyyətdə hələ də mühüm mövqelərini qoruyan bəziləri diqqətləri öz üzərlərindən yayındırmaq üçün komandanın layiqli üzvlərinə hücumlar təşkil edir, mətbuatda sifarişli “qara piar” kompaniyası aparırlar. Xüsusilə son dövrlərdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev haqqında xüsusi canfəşanlıqla təşkil edilən belə “qara piar” kompaniyasında yeni-yeni “kompramatlar” üzə çıxır. Görünür Əli müəllimin təmsil etdiyi qurumun adındakı ifadədən qorxan, bir gün orada keçmişinə görə sorğu-sual oluna biləcəyini düşünənlər zamanı qabaqlamaq, hadisələrin axarını dəyişmək arzusuna düşüblər. Nədənsə əzilən, haqqı tapdalanan qismində meydana çıxan belə “həqiqət carçıları” müxtəlif media vasitələrində hətta ən iyrənc vasitələrdən, mənəviyyata xas olmayan üsullardan istifadə etməklə Ə.Nağıyev barəsində iftiralar səsləndirirlər. Son günlər KİV-lərin belə “kövrək” qəhrəmanlarından birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü “qurban” qismində təqdim etməklə əslində daha böyük güclərin çirkin maraqlarının “qurbanlığı” olduğunu sərgiləyir. Hətta məqsəd o qədər çirkindir ki, B. Hüseynov böhtanlara vəfat etmiş oğlunu da alət etməkdən çəkinmir, onun faciəsi üzərindən şou düzəldir. B.Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş əməkdaşı olan öğlu Emin Hüseynovun Türkiyədə vəfat etməsini dövləti cinayət səviyyəsinə qaldırır, hətta bunun az qala dövlətlərarası gərginliyə səbəb ola biləcəyini iddia edir. Övladını itirmiş ata kimi onun faciəsinə, dərdinə şərik oluruq, amma bundan hansısa məqsədlər naminə istifadə edilməsi başa düşülən deyil. B.Hüseynov oğlunu işə qəbul etdirmək üçün guya yüksək məbləğdə (200 min dollar) rüşvət verdiyini iddia edir, həmin pulu “qohum-əqrabadan” toplayaraq düzəltdiyini bildirir. Lakin, xoruzun quyruğu ittihamın başqa qismində üzə çıxır. Belə ki, iddia edilir ki, guya Ə.Nağıyev B.Hüseynova deyib ki, “Badamdardakı boş torpaq sahələrini al bizə ver”. Bəlkə də bu məqama xüsusi diqqət ayırmağa ehtiyac duyulmazdı. Amma nəzərə alsaq ki, B.Hüseynov Badamdar bələdiyyəssinin sədri vəzifəsində çalışıb, onda Badamdarın “boş torpaq sahələri” məsələsinə bir az diqqət yetirməyə ehtiyac yaranır.

Xatırladaq ki, Badamdar bələdiyyəsi paytaxtın ən varlı və ən gəlirli bələdiyyələrindən biri hesab olunur. Hüseynov Bəybala Qaraş oğlunun Badamdar bələdiyyəsinin sədri olduğu dövrdə bələdiyyə əmlakının qanunsuz istifadə olunması, qanunsuz alqı-satqısının həyata keçirilməsi, mülkiyyətin alqı-satqı prosesində onun düzgün qiymətləndirilməməsi nəticəsində bələdiyyə büdcəsinə külli miqdarda ziyan vurulub. Eyni zamanda onun sədrliyi dövründə Badamdar ərazisində “açıq bazar “ prinsipi hökm sürüb, bələdiyyənin torpaqları eninə-uzununa satışa çıxarılıb. Oğlunu işə düzəltmək üçün pulu “qohum-əqrabadan” toplayan B.Hüseynov bu yolla milyonlara sahib olub, çoxsaylı obyektlər ələ keçirib.
Qısa araşdırma aparmaqla əldə etdiyimiz məlumata görə, bələdiyyə sədri olduğu dönəmdə Bəybala Hüseynov torpaqların vətəndaşlar tərəfindən zəbt olunduğunu əsas gətirərək, bu torpaqları alqı-satqı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan sənədləşdirib. Bir çox hallarda elektrik xətləri, o cümlədən mühafizə zolaqları altında olan torpaqları alqı-satqı yolu ilə artıq rəsmiləşdirilib. Və maraq doğuran hal odur ki, bu torpaqlar bələdiyyənin cizgi əsasında mülkiyyətinə verilən torpaqlardan xeyli aralıdadır. Birinci, ikinci və üçüncü yaşayış massivlərində onlarca belə torpaq sahələri var ki, onlar bələdiyyəyə aid olmadığı halda zamanında B.Hüseynov özbaşına olaraq bu torpaqların alqı-satqısını aparıb.
Həmçinin B.Hüseynovun çoxmərtəbəli yaşayış binalarının mühafizə zonalarında qanunsuz olaraq qarajların və fərdi evlərin tikintisinə də icazə verdiyini deyilənlərə əlavə etsək, onda zamanında Badamdar bələdiyyəsində hansı səviyyədə mənimsəmə hallarının olduğunu təsəvvür etmək olar. Göründüyü kimi, Badamdar bələdiyyəsində “boş torpaq” əməliyyatını zamanında “uğurla gerçəkləşdirən”, hər qarış torpağa gəlir mənbəyi kimi baxan B.Hüseynov bu gün paxırının açılacağından qorxaraq öz cinayətlərinə ortaq axtarır. Həm də bunun üçün elə bir hədəf seçir ki, plan baş tutarsa əməllərini tamamilə pərdələyə bilsin.
Maraqlıdır ki, 200 min dolları toplamaq üçün bütün qohum-əqrəbanı səfərbər etdiyini söyləyən B.Hüseynovun tək Badamdar ərazisində şadlıq evlərinin, mərasim zallarının, dəyəri çox böyük məbləğlərlə hesablanan torpaq sahələrinin olduğu bildirilir. Onlardan biri əvvəllər “İbrahim” şadlıq evi kimi, indi mərasim zalı kimi fəaliyyət göstərir, o da uşaq bağçasının üstündə inşa edilib. Digəri isə “Bəyoğlu” şadlıq sarayıdır. Adıçəkilən şadlıq evi Badamdar qəsəbəsində düz yol kənarında yerləşir və çox böyük ərazini əhatə edir. Ümumiyyətlə, Badamdarda “Bəybalanın obyektləri” kimi tanınan çoxsaylı belə tikililər mövcuddur. Lakin həmin obyektlərin əksəriyyəti Bəybalaya 200 min dolları toplamaqda köməklik edən qohumlarının adına rəsmiləşdirilib. Həmçinin B.Hüseynovun Badamdarda bir neçə yaşayış kompleksi inşa etdirdiyi də bildirilir. Göründüyü kimi, onun sədrliyi dövrü necə də “zəngin xatirələrlə” doludur. Belə “zəngin iş təcrübəsinə” malik olan birisinin bu gün özünü hüquqları tapdalanan, zavallı qismində qələmə verməsi, heç bir əxlaqi dəyərə sığmadan övladının faciəsi üzərindən şou qurması anlaşılan deyil. Hansı maraqlara qulluq etdiyini bəlkə də düz-əməlli bilməyən B. Hüseynovun dövlətə sədaqətlə xidmət edən, onun kimilərin əməllərini ifşa etməklə qarşılarına sədd çəkən Ə.Nağıyevi hədəf seçməsi isə bumeranq effekti yaradır. Öz faciəsi üzərində şou düzəltməyin, böhtan atmağın başqa bir faciə olduğunu dərk etməmək isə….Nə isə !

Nicat Mahmudov 

Previous Post

“200 min dollarlıq yalan” və yaxud Bəybala Hüseynovun  öz faciəsi üzərindəki şousu

Next Post

BNA yanğın baş verən prospektdə hərəkətlə bağlı sürücülərə müraciət etdi

Bənzər yazılar

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Elchi.az xəbər verir ki, təbrik mətnində deyilir: "Sizi...

İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35

Cümə axşamı günü Tesla-nın baş direktoru Elon Mask uçma qabiliyyətinə malik yeni avtomobili – elmi fantastika və cizgi filmlərində uzun...

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

16 Oktyabr 2026 - 09:46

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edib....

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Next Post
BNA yanğın baş verən prospektdə hərəkətlə bağlı sürücülərə müraciət etdi

BNA yanğın baş verən prospektdə hərəkətlə bağlı sürücülərə müraciət etdi

BNA yanğın baş verən prospektdə hərəkətlə bağlı sürücülərə müraciət etdi

BNA yanğın baş verən prospektdə hərəkətlə bağlı sürücülərə müraciət etdi

Son xəbərlər

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

17 Oktyabr 2026 - 10:14
Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

17 Oktyabr 2026 - 10:00
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.