Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsunda dəhşətli qətl hadisəsi baş verib.
İnşaat işçisi olan 35 yaşındakı Davud Aydın tapançayla boynundan vuraraq öldürülüb. Onun qatili 18 yaşındakı Kürşat Bayar polis tərəfindən saxlanılıb.
Şübhəli polis tərəfindən aparılarkən, “Biz də qurban kəsdik” deyə qışqırıb.
Polsin araşdırması nəticəsində məlum olub ki, Kürşat Bayarın Davud Aydını öldürmə səbəbi maddiyat olub.
Belə ki, D.Aydın ondan borc pul alıb, amma geri qaytarmayıb. Buna görə də, aralarında mübahisə yaranıb. Bu zaman K.Bayar öz silahını çıxararaq onu qətlə yetirib.
Son şərhlər