Əskişəhərdə şəhidlərimiz anıldı

36

Əskişəhər Azərbaycanlılar Dərnəyi 20 Yanvarla bağlı anım tədbiri keçirib.

Elchi.az xəbər verir ki, tədbir dövlət himnlərinin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Dərnəyin sədr müavini Sirac Yaqublu 20 Yanvar və onun səbəbləri, nəticələri haqqında çıxış edib.

O, əliyalın xalqın təpədən-dırnağa kimi silahlanmış SSRİ ordusu qarşısında Azərbaycanın müstəqilliyi uğrunda cəsarətlə dayandığını qeyd edib.

Cənubdan olan soydaşımız Azəryar Danışver tədbirdə Türkiyənin həmin dövrdə sərgilədiyi mövqe haqqında məlumat verib və “Ağla qərənfil, ağla” şeirini səsləndirib.

Dərnək sədri Cavid Aydın isə öz çıxışında 20 Yanvarın hüzn günü olmaqla birlikdə həm də tariximizin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb.