Ərdoğanla Stoltenberq görüşü başa çatıb – FOTO – YENİLƏNİB

13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

Elchi.az xəbər verirki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələləri müzakirə edilib.


Saat 18:39

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Türkiyə-NATO münasibətləri, Ukraynada davam edən müharibə, taxıl dəhlizi və digər məsələlər müzakirə ediləcək.