Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində kəşf edilən yeni neft yataqlarını açıqlayıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən məlumat verir.
“Biz Cizrə şəhəri yaxınlığındakı Qabar dağlarında sutkada təqribən 100 min barel neft hasilatına malik neft yatağı kəşf etdik. Biz artıq neft emalı zavoduna yüksək keyfiyyətli neft tədarük etməyə başlamışıq”, – deyə o bildirib.
Türkiyə liderinin sözlərinə görə, neft 2,6 kilometr dərinlikdə yerləşir. o qeyd edib ki, onun ehtiyatları on milyardlarla dollar həcmində qiymətləndirilir.
Ərdoğan əlavə edib ki, bu yataqlar indikindən daha çox xammal çıxarmağa imkan verəcək. O, Türkiyənin enerji resurslarına ehtiyacı olan dövlət olmaqdan çıxacağını, lakin “enerji ixrac edən ölkə”yə çevriləcəyini bəyan edib.
Havar Şəfiyeva