Ərdoğan: Daha böyük bir ərzaq böhranı yaxınlaşır

46

Prezident Ərdoğan: “Dünya buğda, günəbaxan yağı və qarğıdalı ilə yanaşı düyüdə də böhran ehtimalı ilə qarşı-qarşıyadır. Dünya gübrə bazarı da sürətlə sabitləşməlidir. Əks halda gələn il daha böyük ərzaq böhranı yaşayacağıq”.
Elchi.az xəbər verir ki, Prezident Ərdoğan G20 Liderlər Zirvə toplantısında çıxış edir.
Ərdoğanın açıqlamalarından başlıqlar belədir:
Dünya buğda, günəbaxan yağı və qarğıdalıda olduğu kimi düyüdə də böhran ehtimalı ilə üzləşib.
Dünya gübrə bazarı da sürətlə sabitləşməlidir. Əks halda gələn il daha böyük ərzaq böhranı yaşayacağıq.
İxrac olunan taxılın təcili ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya çatdırılması üçün tədbirlər görməliyik.
Ərzaq böhranının idarə olunmasında olduğu kimi, biz enerji qovşağı kimi yaxın regionumuzun, xüsusilə də Avropanın təhlükəsizliyinə aydın töhfə veririk.

Şayəstə