"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Əmlak bazarında durğunluq uzunmüddətlidir”

11 Noyabr 2014 - 09:52
in CƏMİYYƏT
FacebookVatsap

Samir Əliyev: “Bunun kökündə Rusiya amili də var”img1470703

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

Bir neçə aydır ki, ölkənin daşınmaz əmlak bazarında durğunluq yaşanır. Ev alqı-satqı mərkəzlərindən verilən məlumata görə, ev alanların sayında kəskin azalma var. Əmlak bazarında baş verən qəfil durğunluğun yaranmasının səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəzi iqtisadçılar bunun Rusiya amili ilə bağlı olduğunu desələr də, bəziləri mövsümlə əlaqələndirirlər.

İqtisadçı ekspert Samir Əliyev yaşanan kəskin durğunluğun həm neftin qiymətinin ucuzlaşması, həm də Rusiya amili ilə bağlı olduğunu deyir: “Artıq 2-3 ay olar ki, əmlak bazarında bir durğunluq yaşanır. Bunun kökündə Rusiya amili var. Rusiyada vəziyyətin pisləşməsi bizdə əmlak bazarına təsir göstərir. Çünki faktiki olaraq əmlak alan insanlar ya hansısa qeyri-rəsmi yolla pul qazanan məmurlardır, ya da ki, Rusiyada biznes vasitəsilə pul qazananlar. Azərbaycanda az sayda insan var ki, onlar birbaşa pul qoyub nəsə ala bilirlər. Yəni əksər vətəndaşlar kreditə, ipotekaya üz tuturlar. İpotekanın vəziyyəti də hər kəsə məlumdur. Durğunluğun bir səbəbi də neftin dünya bazarında ucuzlaşması ilə əlaqədardır. Neftin ucuzlaşması əmlak bazarında da qiymətləri kəskin ucuzlaşdırır.
Biz bunu 2009-cu ildəki iqtisadi böhran zamanı müşahidə etdik. Bir qayda olaraq proseslər göstərdi ki, dövlət pullarının, yəni nisyə xərclərinin artması əmlak bazarına həmişə təsir göstərir. Ona görə də həm dünya bazarında, həm də Rusiyada gedən  proseslər bu gün əmlak bazarına təsir göstərir. Amma birmənalı da demək olmaz ki, əmlak bazarında qiymətlər düşüb. Çünki əmlak bazarının özü də genişdir. Burada söhbət təkrar, ilkin bazardan, eyni zamanda bahalı, ucuz evlərdən gedir. Hazırda daha çox bahalı evlərin ucuzlaşması prosesi gedir, nəinki insanlar üçün əl çatan olan 40-50 min manatlıq evlərin ucuzlaşması. Ucuzlaşma ancaq 100 min manatlıq evlərin qiymətində gedir”.
İqtisadçı deyir ki, durğunluqdan əvvəl əmlak bazarına xüsusi bir axın yaranmışdı. Bu da Rusiyada yaşayan vətəndaşlarımızın əksəriyyətinin öz biznesini sataraq Azərbaycana dönmələri ilə əlaqədar idi: “Son bir ildə əmlak bazarında birdən-birə artım, axın yaranmışdı. Bunun da əsas səbəblərindən biri insanların əmanət bazarından qaçması idi. Daha dəqiq desək, əmanət qoyuluşunda kifayət qədər azalma baş vermişdi. Söhbət banklara inamsızlıqdan getmir. Səbəb əmanətlərin sığortalanması fondu tərəfindən sığortlalanma faizinin aşağı salınması idi.  Bu da insanlara sərf etmir. Tutaq ki, 9 faizdən əmanət qoymaq kimə sərf edər?! Üstəlik,  bəzi bankların bağlanması ilə bağlı qərar var idi və bu insanlarda narahatlıq yaradırdı. Bəziləri pullarını çəkir, bəziləri də pulunu əmlak bazarına yönəldirdilər. Eyni zamanda buna təsir edən amillərdən biri də Rusiya amilidir. Yəni bu sanksiyalardan əvvəl Rusiya bazarında vəziyyət pisləşmişdi. Artıq soydaşlarımızın əksəriyyəti öz bizneslərini satıb qayıdırdılar Azərbaycana. Onlar təbii ki, regionda vəziyyətin pis olmasını nəzərə alaraq çalışırdılar ki, Bakıda özləri üçün bir gələcək qursunlar. Ona görə də onlar pullarını əmlak bazarına yönəltmişdilər. Buna görə də son bir ildə əmlak bazarına müəyyən axın başlamışdı”.
Maraqlıdır, bəs bu durğunluq nə vaxta kimi davam edəcək?
S.Əliyev bu durğunluğun yalnız iki amil əsasında aradan qalxa biləcəyini dedi: “Neft bizim iqtisadiyyatımızın əsasıdır. Neftin qiyməti ölkə iqtisadiyyatında bütün sahələrə təsir göstərir. O cümlədən nə qədər Rusiyada baş verən proseslərin bizə heç bir təsiri olmadığını desək də, təsiri həm siyasi, həm də iqtisadi baxımdan sezirik. Ona görə də Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycana  təsir edir. İqtisadi prosesin normal olması iki amildən asılıdır. Birincisi, dünya bazarında neftin qiymətindən. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80 dollar civarında olarsa, bu, Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək. O cümlədən biz əmlak bazarında da qiymətlərin aşağı düşməsi prosesini görəcəyik. Əgər neft 90 dollardan yuxarı olarsa,  100 dollara satılarsa, o zaman bu durğunluq ötüb keçəcək. İkinci amil isə Rusiya amilidir. Rusiyada vəziyyət nə qədər düzəlməyib, bizdə də əmlak bazarında durğunluq olacaq. Ola bilsin müəyyən bir dövr üçün hətta Rusiyadakı proseslər alıcı bazarında qiymət artımınadək gətirib çıxarsın. Amma əmlak bazarında durğunluq hələ uzun müddət davam edəcək”.
Qeyd edək ki, mənzillərin satışı ilə yanaşı kirayə verilməsində də durğunluq yaşanır. Kirayə verilən mənzilin qiyməti onun təmirli və ya təmirsiz olmasına görə seçilir. Qış aylarında mənzillərin kirayə qiyməti 10-20 faiz aşağı düşür.

 

Previous Post

“Əmlak bazarında durğunluq uzunmüddətlidir”

Next Post

Müsavat parçalanır

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post

Müsavat parçalanır

İŞİD liderinin ölüm xəbəri doğrulur

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.