"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Əliyevin Orbanla geniş tərkibdə görüşü oldu

30 Yanvar 2023 - 19:34
in GÜNDƏM
FacebookVatsap

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub.

Bunu da oxuyun

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək

Elchi.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban çıxış edərək deyib:

– Cənab Prezident, ölkəmizə səfər etdiyinizə görə Sizə olduqca minnətdarıq. Biz iki ölkə arasında əməkdaşlıq üçün strateji əhəmiyyət kəsb edən bütün məsələləri müzakirə etdik. Xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyiniz töhfəyə görə minnətdarıq. Biz bunu yüksək dəyərləndiririk. Ölkələrimiz mühüm dostluğu indi yox, çoxdan başlayıblar. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir.

Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

– Təşəkkür edirəm, cənab Baş nazir. Sizi görməyimə çox şadam. Əməkdaşlığınıza görə minnətdaram. Biz, həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq. Cənab Baş nazir söylədiyi kimi, münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb. Cənab Baş nazir qeyd etdiyi kimi, enerji əməkdaşlığımızın bir hissəsinə çevrilir. Əvvəlcə, bu, heç zaman olmamışdır. Buna görə, əməkdaşlığımızın enerji tarixçəsi yoxdur. Elə oldu ki, hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün, biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq. Lakin, təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün, biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik. Mən, həmçinin fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə münasib vaxtda Sizi Azərbaycana səfərə və fəal dialoqumuzu davam etdirməyə dəvət edirəm. Qonaqpərvərliyə görə bir daha minnətdaram.

Görüşdə enerji, təhsil və nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub. Əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilib. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Previous Post

Əliyevin Orbanla geniş tərkibdə görüşü oldu

Next Post

Azərbaycan Ordusunda yeni tədris dövrü başladı – Video

Bənzər yazılar

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə...

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 17:41

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində ABŞ-İran münaqişəsi ilə bağlı mövcud durumu şərh...

Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək

Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək

11 Avqust 2026 - 10:08

Bakı şəhərində növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək. Bu barədə Elchi.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Məlumata görə,...

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

05 Avqust 2026 - 16:24

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclis sədrinin müavini və İdarə Heyətinin üzvü Bəhruz...

Next Post
Azərbaycan Ordusunda yeni tədris dövrü başladı – Video

Azərbaycan Ordusunda yeni tədris dövrü başladı - Video

Azərbaycan Ordusunda yeni tədris dövrü başladı – Video

Azərbaycan Ordusunda yeni tədris dövrü başladı - Video

Son xəbərlər

İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb

İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb

19 Avqust 2026 - 23:20
İndoneziyada 5,5 maqnitudada zəlzələ olub

İndoneziyada 5,5 maqnitudada zəlzələ olub

19 Avqust 2026 - 23:18
“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

19 Avqust 2026 - 22:16
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

19 Avqust 2026 - 22:15
Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

19 Avqust 2026 - 21:29
Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21
Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

19 Avqust 2026 - 19:24
NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

19 Avqust 2026 - 19:10
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

19 Avqust 2026 - 19:00
Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

19 Avqust 2026 - 18:40
Avrokuboklarda Azərbaycan həndbolunu “Kür” təmsil edəcək

Avrokuboklarda Azərbaycan həndbolunu “Kür” təmsil edəcək

19 Avqust 2026 - 18:31
Mərkəzi Afrika Respublikasında mədən çöküşü: Ən azı 30 Ölüm

Mərkəzi Afrika Respublikasında mədən çöküşü: Ən azı 30 Ölüm

19 Avqust 2026 - 18:29
Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

19 Avqust 2026 - 18:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.