"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əli Kərimlinin qorxduğu qol – Taleh Şahsuvarlının yazısı

23 Aprel 2019 - 16:42
in XƏBƏR LENTİ
FacebookVatsap


AXCP sədri Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalamasına qarşı olan qüvvələrə hansı mesajı verir?

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Üç həftə öncə qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Seçki kampaniyasının gedişi, səsvermənin nəticələri, İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni başqanının mazbatasının təqdimatındakı gecikmə ölkəmizdə də böyük diqqət və maraqla izlənildi.

Mən harada keçirilməsindən, kimin qalib – kimin məğlub olmasından asılı olmayaraq dünyanın istənilən ölkəsindəki seçkilərə Azərbaycanın dövlət maraqları rakursundan yanaşanlardanam və elə bu səbəbdən də Türkiyədə “Cümhur” ittifaqının üstünlük qazanmasını arzu edirdim. Seçkilərin nəticələri artıq məlumunuzdur. AKP və MHP ittifaqı açıq fərqlə qələbə qazansa da, böyük şəhərlərdə, o cümlədən İstanbulda başqanlıq postunu ana müxalifətə verməli oldu. Bəs, necə oldu ki, Türkiyə müxalifətinin namizədləri, konkret olaraq, CHP-nin cəmiyyət tərəfindən yetərincə tanınmamış, mediada boy göstərməyən, partiya rəhbərliyində belə təmsil olunmayan bir adayı İstanbul kimi meqapolisdə baş nazir, parlament sədri kimi vəzifələr tutmuş qos-qoca bir dövlət xadimindən çox səs topladı?

Bu sualı verməkdə qəsdim Türkiyədə, o cümlədən, az sonra söz açacağım Ukraynadakı seçkiləri eninə-boyuna təhlil etmək deyil, AXCP sədri Əli Kərimlinin dünən Qənimət Zahidlə virtual söhbətində ifadə olunan bəzi fikirlər üzərində diqqət cəmləməkdir.

Hər şeydən əvvəl AXCP sədrinin o mülahizəsini yersiz hesab edirəm ki, guya Türkiyədə və Ukraynadakı seçkilərdə müxalif namizədlərin qazandığı uğurlar Azərbaycanda hakimiyyət əleyhdarları üçün stimul səciyyəsi daşıyır. Prinsipcə, mümkündür. Lakin 1993-cü ildən bəri Azərbaycan müxalifətinin xaricdə stimul almadığı, örnək götürmədiyi, hətta simvolikalarını belə mənimsəməkdən çəkinmədiyi siyasi hərəkat qalmayıb. Öz “Yurd”unu Əfqanıstandakı “Taliban” hərəkatı ilə müqayisə etməkdən belə çəkinməyən Əli Kərimlinin 2005-ci ildə narıncı köynək geyinib narıncı qalstuk taxdığı günlər hər kəsin yadındadır. Demək ki, problem yaxın və uzaq ölkələrdə hakimiyyət dəyişikliyini sadəcə bir fakt olaraq nümunə göstərməkdə, prosesin lalə, qızılgül, qərənfil sayaq güllərlə bəzədilməsində, məxməri, bənövşəyi, narıncı kimi rənglərə boyanmaqda deyil.

Bir ölkədə hakimiyyət o zaman dəyişir ki, – fərqi yoxdur seçki, yoxsa inqilab yolu ilə – həmin ölkədə dövlət başçısı, hakim siyasi qüvvə öz məşruyyətini xalqdan, cəmiyyətin çoxluğundan almasın. Bu günlərdə Fransanın dünyaca məşhur “Opinion Way” İnnovativ Araşdırmalar Şirkətinin keçirdiyi sorğudan da bəlli oldu ki, Azərbaycan cəmiyyəti öz dəstəyini prezident İlham Əliyevin siyasi kursuna verməkdə qərarlıdır. Hətta bu sorğu keçirilməsəydi də dövlət başçısının reytinqinin yüksəkliyi heç bir ciddi müşahidəçidə şübhə doğurmurdu. Odur ki, istər Əli Kərimli, istərsə də digər müxalifət liderləri Ukraynadakı seçkilərdən nəticə çıxarmaq istəyirlərsə, o zaman papaqlarını qarşılarına qoyub onu düşünməlidirlər ki, özünü siyasətçi saymayan, partiyası, partiya fəalliyəti olmayan bir şoumen – Vladimir Zelenski narazı elektoratı öz ətrafında necə birləşdirdi? Bəli, Zelenski örnəyi onu göstərir ki, qeyri-sistemli müxalifət rəsmi seçki kampaniyalarında öz namizədini irəli sürə, qısa müddətdə siyasi xadimə çevrilə və hakimiyyətə real iddiaçıya çevrilə, hətta xalqın əksəriyyətinin dövlət başçısına inamını itirdiyi cəmiyyətlərdə iddasını gerçəkləşdirə bilər. Azərbaycan hakimiyyəti “Zelenski modeli”ndən narahat deyil, ona görə ki, xalqın prezidentə inamına arxalanır. Amma bu örnək Əli Kərimli kimi ömrü boyu siyasətdən savayı heç bir işin qulpundan yapışmamış, başqa heç bir sahədə özünü təsdiq etməmiş, siyasətdə isə dostlarını, komandasını, partiyasını, perspektivini itirə-itirə bu günlərə gəlmiş Əli Kərimli üçün neqativ simptomlar məcmusu olmalıdır.

İndi qayıdaq Əkrəm İmamoğlu məsələsinə!

Əkrəm İmamoğlunun Türkiyədəki 31 mart seçkilərindəki qələbəsinin təməlində iki əsas faktor dayanırdı.

Birincisi, sağ kökənli İmamoğlunun namizədliyini CHP kimi yaxşı təşkilatlanmış bir təşkilat irəli sürmüşdü. Həmin təşkilatın üzvləri İstanbulu sokak-sokak, qapı-qapı gəzərək həm öz namizədlərinin təbliğatını aparmış, həm vətəndaşları səsverməyə cəlb etmiş, həm də sandıq başında gözünü qıprmadan keşik çəkərək səslərini mühafizə etmişdilər. Yanında Qənimət Zahidin internet kanalına çıxartmağa belə adam tapmayan Əli Kərimli hansı təşkilata güvənir bəs? Hakimiyyət uğrunda gerçək siyasi rəqabətin subyekti olmaq üçün istənilən iddiaçıya Azərbaycanda mövcud olan 5 mindən çox məntəqədə təmsil olunmaq, müşahidə aparmaq və vətəndaşları səsverməyə cəlb etmək üçün minimum 150 min nəfəri əhatə edən fəal və prinsipal tərəfdar ordusu lazımdır. Əli Kərimlinin isə ortaya çıxara biləcəyi insan resursunun kəmiyyəti az qala adbaad bəlli olmaqla 1500 nəfəri keçmir. Bu resurs isə ancaq və ancaq AXCP sədrininin deputat mandatı uğrunda mübarizə aparmasına şərait yaradır, lakin həmin mübarizədən qalib çıxmasına təminat vermir.

İkincisi, İstanbulda CHP-nin qələbəsini təmin edən əsas amillərdən biri Əkrəm İmamoğlunun üslubu oldu. Əkrəm İmamoğlu kampaniya boyu kimsəyə qəzəblənmədi, heç kimi hədələmədi, hər kəsə təbəssüm sərgiləyərək qucaq açdı. Əli Kərimli isə elə dünən Qənimət Zahidə verdiyi müsahibə boyunca dəfələrlə qeyzləndi, kükrəyərək ultimatumlar yağdırdı, barış və əmin-amanlıq havası yox, nihilizm havası əsdirdi. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun bu gün yayımlanan yazısında da vurğulandığı kimi, “nifrət dili” cəmiyyətin qulağında xoş sədaya çevrilmir. Təsəvvür edin, illərdir Azərbaycan hakimiyyətinin ən üst qatlarında təmsil olunan siyasi istibleşmentə qarşı kin-küdurət aşılayan AXCP sədri indi də “trol” deyə onun çıxışlarını bəyənməyən sosial şəbəkə istifadəçilərini “cavab verəcəklər” deyə hədələyir. Məgər YAP-ın, BAXCP-nin, Müsavatın, “Real”ın, ADP-nin üzv və tərəfdarları Əli Kərimlinin söylədiklərinə “aşağı tuşlanmış başbarmaq” işarəsi ilə reaksiya göstərə bilməzlərmi?

AXCP sədrinin dünənki deməcində bir vacib məqam da vardı, hansı ki, onun üstündən sükutla keçmək mümkün deyil.

Məlum olduğu kimi, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın güclənməsinə töhfə verəcək bir saziş mətninin üzərində intensiv iş gedir. Məmləkətimizin aqibətini düşünən, Azərbaycanımızın tərəqqisinə çalışan hər kəs bu sazişin imzalanmasının əhəmiyyətini də, onun imzalanmasına qarşı olan qonşularımızın kimliyini də yaxşı bilir. Əli Kərimli isə dili ilə deyir ki, biz may ayında iki mitinq keçirmək istəyimizlə hakimiyyəti fakt qarşısında qoymaq istəyirik. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsinə razılıq verməyəcəyi təqdirdə hakimiyyət AB nəzərində xəcil olacaq, mitinq baş tutarsa isə, müxalifət təşəbbüsü ələ alacaq. Sözünün canı bu idi. Diplomatik dildən tərcümə edəndə bu mesajı belə anlamaq lazım ki, Əli Kərimli Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlamasından əndişə duyan mərkəzlərə açıq-açıq “bu prosesi pozmaq istəyirəm, məni himayə edin” deyir.

Əks halda, Əli Kərimli nədən narahat olmalıdır?

Doğrudanmı, Avropa İttifaqı kimi bir qurum öz strateji maraqlarını, prinsip və dəyərlərini “saziş xatirinə saziş imzalamaq” xatirinə heçə saya bilər?ƏTRAFLINar.az

Doğrudanmı, Azərbaycan “it izinin at izinə qarışdığı” bu gen dünyada işləri heç də rəvan getməyən Avropa İttifaqı ilə yaxınlaşmaq naminə öz milli maraqlarından, ərazi bütövlüyü prinsipindən vaz keçə bilər?

Əlbəttə, yox!

Deməli, hazırda üzərində iş aparılan sözləşmə mətnindən nə Avropa İttifaqı acısından narahat olmağa dəyər, nə də Azərbaycan Respublikası.

Belə olduqda, az öncə səslənən suala yenidən dönməyə zərururət yaranır: Əli Kərimli nədən narahatdır?

Bu sualın cavabı Əli Kərimlinin 2005-ci ildən bəri yürütdüyü siyasətin məğzindədir. O, Azərbaycanın xaosa yuvarlanmasını hakimiyyətə gəlməsi üçün yeganə və ən əlverişli zəmin hesab edir, Avropa İttifaqı ilə imzalanması gözlənilən saziş isə həmin ehtimalı tamamilə aradan qaldırır.

Sonuc?

Əminəm ki, Azərbaycan Avropa İttifaqı ilə mütləq saziş imzalayacaq. İlham Əliyevin həmin sənədə qoyduğu qol həm də Əli Kərimlinin “Məhsul” stadionundakı qapısına penalti zərbəsi olacaq.

Bizim prezident qol çəkməkdə də təcrübəlidir, qol vurmaqda da!

Previous Post

Əli Kərimlinin qorxduğu qol – Taleh Şahsuvarlının yazısı

Next Post

2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.