"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Əhaliyə şad xəbər: kredit faizləri azaldıla bilər

07 Yanvar 2015 - 14:55
in İQTİSADİYYAT MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Mərkəzi Bank 2015-ci il üçün əsas siyasətini əks etdirən bəyanat yayıb. Həmin bəyanatda qeyd edilir ki, qurum kredit faizlərini aşağı img1717627salmaq üçün tədbirləri davam etdirəcək. Həmin bəyanatda kredit faizlərinin son 5 ildə aşağı düşdüyü, ümumilikdə orta faiz dərəcəsinin 14,2%, kommersiya kreditləri üzrə hətta 10,8% olduğu göstərilir.
AMB-də hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12,9 faizdir. Amma maraqlıdır ki, rəqəmlərə baxmayaraq əhali banklardan kreditləri orta faiz dərəcəsi ilə deyil, 30-35%-lik kredit şərtləri ilə alır.
Dövlət başçısı bu kimi şərtləri nəzərə alaraq “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Ancaq AMB-nin rəsmi açıqlamaları ilə bazardakı hazırkı vəziyyət üst-üstə düşmür.
Bununla yanaşı, tənzimləyici qurum istehlak kreditlərinin faizlərinin azaldılması ilə bağlı ümumiyyətlə hər hansı rəsmi rəqəm açıqlamır. Mərkəzi Bankın bəyanatında istehlak kreditləri üzrə faiz dərəcələrinin bir çox ölkələrdəki faiz dərəcələrinə yaxın olduğu qeyd edilir. Bu isə vəziyyətdən çıxış yolu deyil.
Bank sektorundakı proseslərlə bağlı ANS PRESS-ə danışan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev yaranmış vəziyyətdən nikbin danışmır. Ekspert bildirir ki, uçot dərəcələri ilə kredit faizləri arasındakı əlaqənin möhkəmlənməsi üçün banklara ucuz maliyyə vəsaitləri cəlb edilməlidir.
Azər Mehtiyev banklararası kreditlərin faizlərinə baxmağın zərurətini vurğulayıb: “Kredit faizlərinin aşağı salınması xeyli dərəcədə çətin proses kimi görünür. Nəzərə alsaq ki, neftin qiymətindəki azalma ilə ölkəyə daxil olan vəsaitlərin azalması müşahidə olunacaq, bu da bankların resurslar cəlb etməsinə mənfi təsir edəcək. Hazırkı dövrdə təəssüf ki, kredit faziləri üçün yaxşı məqamlar müşahidə edilmir”.
Türkiyədə banklar pulu illik 10,75 faizlə verir. Qonşu Gürcüstanda da bu rəqəm Türkiyədəki ilə demək olar ki, eynidir. Rusiyada isə 10,75 faiz təşkil edir. Ümumilikdə götürəndə bu gün keçmiş MDB ölkələri arasında ən yüksək bank faizləri Azərbaycandadır.
Azər Mehtiyev kredit fazilərinin aşağı salınması ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Onun sözlərinə görə, ölkədə kredit faizlərinin yüksək olmasının səbəbləri müəyyənləşdirilməlidir:“Azərbaycanda risklərin səviyyəsi yüksək olduğu üçün banklar yüksək faizlər qoymaqda maraqlı olurlar. Verilən kreditlərin qaytarılması prosesi zamanı yarananan risklərin də azaldılması üçün müvafiq addımlar atılmalıdır. Bu isə Mərkəzi Bankdan deyil, iqtisadiyyatın gəlirlərinin səviyyəsindən bilavasitə asılıdır. Bankların kredit resurslarının formalaşamasına yenidən baxmaq lazımdır. Əmanətlər, bankların cəlb etdiyi vəsait və s. məsrəflər də nəzərə alınmalıdır. AMB banklara ayrılan vəsaitlərin həcmini artırmalıdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alət olduğunu deyir.
Mütəxəssis bildirir ki, MB real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komisyon haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir:“Təəssüf ki, komisyon haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. 500 manatlıq kredit təklif edən banklar 8 faizlik komisyon haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirlər. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komisyon haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmayaraq, kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur”.
İqtisadçının fikrincə, AMB bank sektorunda liberallaşmanı sürətləndirliməlidir. Mütəxəssisin sözlərinə görə, bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur: “Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər”.
Sonda kredit fazilərinin bu il ərzində aşağı düşəcəyinə yalnız ümid etmək olar. Dövlət başçısının müvafiq göstərişi bizə bu ümidimizi daha da artır. Güman edirik ki, Avropa ölkəsi kimi qəbul edilən Azərbaycanda bank faizləri Avropa bankları ilə müqayisə olunacaq səviyyəyə gəlib çatacaq.
Previous Post

Əhaliyə şad xəbər: kredit faizləri azaldıla bilər

Next Post

Ermənilər xofdadır

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Ermənilər xofdadır

Ermənilər xofdadır

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.