"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Ədəbi mühitin iyrənc tərif oyunları

21 Yanvar 2015 - 14:48
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Kənan Hacı d5fec9edc3a2087f6515496d5aef3a5c

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Çox vaxt mənə deyirlər ki, niyə hamı səni çox istəyir? Bunun çox sadə bir cavabı var, çünki mən ədəbi mühitdə insanlarla konfliktə getməyi sevmirəm. Ədəbiyyatda o adamlar şou yaratmağa can atırlar ki, onlar istedadsızlıqdan əziyyət çəkirlər, kimisə söyməklə, kimisə yıxıb-sürüməklə öz varlıqlarını yada salmaq istəyirlər. Onlar ədəbi mətn yaratmaq iqtidarında deyillər, bir sözə can verməyi bacarmırlar, amma ürək bulandırmaqla, yeyib-içmək məclislərində istedadlı adamların qarasınca danışmaqla, onlara lağ etməklə, şəbədə qoşmaqla, sosial şəbəkələrdə həmin adamları qaralamaqla məşğuldurlar.

 

Şəxsi münasibətlər üzərində qurulan ədəbi tənqid formalaşıb. Hansı tənqidçi hansı yazıçı haqqında difiramb yazırsa, yaxud kitabına ön söz yazırsa, o yazıdan araq-kabab qoxusu gəlir. Hansısa əsəri təhlil edən tənqidçinin tərəzinin bir gözünə həmin mətni, digər gözünə isə ədəbi vicdanını qoyub obyektiv yazı yazmasına çox az rast gəlmək mümkündür. Qonaqlıq verib, tərifləməlisən, ondan asılısan, tərifləməlisən, ona işin düşüb, tərifləməlisən. Bu gün ədəbi tənqidin obyektivlik dərəcəsi badə dostluğu ilə ölçülür. Hansısa yazıçını bir müddət hansısa tənqidçinin həndəvərində dolaşan görürsənsə, demək, yaxın zamanlarda həmin tənqidçi o yazıçının “əməyi”ni mütləq qiymətləndirəcək. Vay o gündən ki, tənqidçi o yazıçının bu canfəşanlığına adekvat cavab verməyə. Onda artıq cəbhələşmə başlayır. Nümunə üçün bir misal çəkim. Vaxtilə Əsəd Cahangirin müridləri olmuş gənc yazarlar bir müddət sonra onun qəti əleydarına çevrildilər. Mənimsə Əsədlə münasibətlərim 15 əvvəl necə idisə, indi də sabit və dəyişməzdir. Aramızdakı fikir ayrılığı bizi heç vaxt ədəbi düşmənlərə çevirmədi.

 

Mən heç cür anlaya bilmirəm ki, bu adamların dərdi-azarı nədir. Bütün günü çayxanalarda oturub “filankəs bezdarnikdir”, “filankəs mənasız adamdır” deyə onu-bunu yamanlamaqla, bu adamlar sanki həmin yazarlardan  təmin olunmamış eqosunun, istedadsızlığının, uğursuzluğunun qisasını alırlar. Neyləyəsən ki, istedad və insani keyfiyyətlər çox vaxt bir araya sığmır.

 

Anlamırlar ki, özləri bütün günü mənasız işlərlə məşğuldurlar. Tükənmiş, vaxtilə yazdığı şeirlərin havası hələ də başından çəkilməyən şairlər var ki, aqressiyası aşıb-daşır, onlar hamıya yuxarıdan aşağı baxır, hamına “istedadsız” yarlığı yapışdırır, fürsət düşən kimi onları aşağılayır, təhqir edir. Bu, artıq xəstəlikdir.

 

Başqa bir məqam. Bir qism dostlar var ki, başqalarının yazılarında eşələnib ədəbi təftişlə məşğuldurlar; görək kim kimdən plagiat edib? Bilənlər bilir, mənim yazılarımdan dəfələrlə plagiat edənlər olub. Döşünə döyən yazıçıların əsərlərində öz yazılarımdan, hekayələrimdən abzaslara rast gələndə gülüb keçmişəm.  Ad çəkməyə lüzum görmürəm. Bilənlər bilir. Bir dəfə bir yazar dostumun yanında bunu dilə gətirdim, mənə dedi ki, sənin dünya ədəbiyyatında gedən proseslərdən xəbərin yoxdur, xəbərin olsaydı, bilərdin ki, bu, bir ədəbi priyomdur və bu priyomdan istifadə edən yazıçılar heç bunu gizlətmirlər də. Bizim yazıçılardan birinin müsahibəsini oxumuşdum, orda o, bir neçə əsərin adını sadalayırdı və deyirdi ki, romanımda bu əsərlərdən istifadə etmişəm. O vaxt bu tipli performanslar mənə bir az qəribə, hətta təəccüblü gəlirdi. Məni plagiatlıqda ittiham edən dostumuzun təbirincə desəm, “dərin savadım, təcrübəm və fəhmim” belə şeyləri dərk etməyə yetmirdi.

 

Sonra gördüm ki, hətta Orxan Pamuk kimi dünyaca ünlü bir yazıçı da Ekodan, Dostoyevskidən müəyyən şeyləri oğurladığın etiraf edir. Bunu sözgəlişi yazdım. Əslində dediyim bu ki, bütün sözlər deyilib qurtarıb, biz təzə söz demək iqtidarında deyilik. Hamımız müəyyən mənada kimlərdənsə təsirlənib yazırıq. Bunsuz yaradıcılıq mümkünsüzdür. Bu gün hansısa şair Şopenhauerin bir aforizmini olduğu kimi öz şeirinə köçürürsə, buna da təəccüblənmirik. Belə misalların sayı-hesabı yoxdur.

 

Mənim yazım Bulqakovun “Master və Marqarita” və Ç. Aytmatovun “Qiyamət” əsərlərindəki paralellər üzərində qurulub. Gənc dostumuz hesab edirsə ki, bu, plagiatdır, daha mənim ona deməyə heç bir sözüm qalmır. Facebook səhifəmdə hər iki yazını paylaşmışam, oxuyanlar özləri nəticə çıxarsınlar.

 

Mənim ədəbiyyatda heç vaxt iddiam olmayıb, bacardığımı yazmışam, bacarmadığımı yaza bilməmək də məni qətiyyən narahat eləmir. Dünyanın yükünü daşımaqdan yorulub artıq onu da çiynimdən atmışam. Mənim çiynimdəki yükün ağırlığını da hər adam daşıya bilməzdi. Heç kəsə də bunu arzulamıram.

 

Bütün qələm dostlarımın uğuruna, yaxşı yazısına, yaxşı şeirinə həmişə ürəkdən sevinməyi bacarmışam. Özümü xoşbəxt hesab edirəm ki, mənim içimdə heç vaxt heç kəsə qarşı kin, həsəd, paxıllıq hissi olmayıb və bundan sonra da olmayacaq. Və buna görə daxilən çox rahatam.

 

İçinizdəki işığı qoruyun, dostlar!

Previous Post

Ədəbi mühitin iyrənc tərif oyunları

Next Post

Azərbaycanda sulu qəlyana qadağa

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Azərbaycanda sulu qəlyana qadağa

Azərbaycanda sulu qəlyana qadağa

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.