“Ukrayna ordusunun gələcəkdə mümkün hücum cəhdləri briqadaların silahlanması məsələsidir”.
Elchi.az xəbər verir ki, bu sözləri “Bloomberg.com” agentliyinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri bir neçə ay əvvəlkindən daha canlı qüvvə ilə təchiz olunub.
Xatırladaq ki, may ayında Kiyev səfərbərlik prosesini sərtləşdirən yeni qanun layihəsi qəbul edib.
Bundan əlavə, dövlət başçısı iddia edir ki, Qərbin Ukraynaya verdiyi hərbi texnika və silahlar döyüş bölgəsinə çox gec çatır. Zelenski bunu ən böyük faciə adlandırıb.
Yeganə
Mənbə: Mk.ru