Ukrayna lideri Vladimir Zelenski təhlükəsizlik sazişi imzalamaq və baş nazir Pedro Sançes ilə danışıqlar aparmaq üçün İspaniyaya gəlib.
Elchi.az xəbər verir ki, müvafiq nəşr Ukrayna prezidentinin Telegram kanalında yer alıb.
Zelenski səfər çərçivəsində İspaniya kralı VI Felipe tərəfindən də qəbul ediləcəyini bildirib. Bundan əlavə, Ukrayna lideri İspaniya parlamentinin palata və fraksiya sədrləri ilə də görüşmək niyyətindədir.
Mayın 27-də İspaniyanın Ukraynaya rekord məbləğdə 1,129 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcəyi bildirilib.
Nuranə Məmmədova