Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Şimali Avropa ölkələrinin sammitində iştirak etdiyi Finlandiyanı tərk edərək Hollandiyaya gedib. Elchi.az xəbər verir ki, bu barədə Hollandiya Yayım Korporasiyası məlumat verib.
Hollandiya mətbuatının yazdığına görə, mayın 4-də Ukrayna lideri Haaqada “Ədalət olmadan sülh yoxdur” adlı nitqlə çıxış etməyi planlaşdırır.
Bu, Zelenskinin dövlət başçısı kimi Hollandiyaya ilk səfəri olacaq.
Daha əvvəl MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin Ukrayna prezidenti Vladimir Zelenskinin Finlandiyaya rəsmi səfərinin simvolik olduğunu bildirib. O, səfərini ilk növbədə siyasi platformadan nəzərdən keçirməyə çağırıb.
Havar Şəfiyeva