Zelenski Xarkov vilayətindəki vəziyyətə görə bütün xarici səfərlərini təxirə salıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Xarkov vilayətinə hücumu fonunda onun iştirakı ilə keçiriləcək bütün beynəlxalq tədbirlərin təxirə salınması barədə göstəriş verib. Bu barədə Prezident Aparatının Telegram kanalında məlumat verilib.
“Vladimir Zelenski yaxın günlərdə iştirakı ilə planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və onların keçirilməsi üçün yeni tarixlərin işlənib hazırlanması ilə bağlı göstərişlər verib”, – mesajda deyilir.
İdarədən bildirilib ki, Zelenski gündəlik iclas keçirib, orada Xarkov vilayətindəki vəziyyət və ölkə ordusunun təminatı müzakirə olunub. Prezident Baş Qərargah rəisi Anatoli Bargileviçin və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzələrini dinləyib.
Onlar əlavə ediblər ki, Dövlət Sərhəd Xidmətinin, NSU-nun komandirləri və Sırskinin özü hazırda “yerində” işləyirlər, onlar hərtərəfli məlumat əsasında bütün qərarları qəbul edirlər. Bundan əlavə, bölgəyə əlavə qüvvələr yerləşdirilir və ehtiyatlar var.
Mayın 15-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ukrayna qoşunları Xarkov vilayətinin Volçansk və Lukyantsı rayonlarında “manevr edib” və “daha sərfəli mövqelərə” geri çəkiliblər.
Şayəstə Hüseynova