
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, beynəlxalq ekoloji təşkilatlar Yaponiyanın “Fukusima-1” AES-dən su buraxması məsələsində balıq kimi susurlar.
Elchi.az xəbər verir ki, O, bu barədə Telegram- da yazıb.
Zaxarova dünya ekologiya təşkilatlarının saytlarından fotolar təqdim edib.
“Onlar artıq bir neçə gündür ki, Sakit okeanda tritiumlu suda üzən balıqlar kimi susurlar”, – diplomat yazıb.
Avqustun 24-də “Fukusima-1” Atom Elektrik Stansiyasının operatoru olan “Tokyo Electric Power” şirkəti stansiyadakı suyu okeana atmağa başlayıb.
Bundan sonra Rosselxoznadzor Yaponiyadan gətirilən məhsullar üçün radioloji göstəricilərə gücləndirilmiş nəzarət rejimi tətbiq edib.
Nuranə Məmmədova