![](http://olke.az/uploads/1508136757/ZakirHesenov.jpg)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin oktyabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etməkdir.