Yaponiyanın qərbindəki İşikava prefekturasında 6 bal gücündə zəlzələ baş verib. Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub. Bölgədəki atom elektrik stansiyalarında hər hansı anormallıq aşkar edilməyib.
Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata görə, Noto yarımadasının şimal-şərq sahilində, İşikavanın Suzu şəhərində 6 bal gücündə zəlzələ baş verib.
Agentlik ilk mərhələdə elan etdiyi 5,9 ballıq dəyərini 6-ya yeniləyib.
İşikava əyalət qubernatorluğundan verilən məlumata görə, zəlzələlər zamanı Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.
Yerli hökumət qurumlarının məlumatına görə, zəlzələlər nəticəsində ölən olmayıb.
Yeraltı təkanlar İşikava və ətraf prefekturalarda, o cümlədən yaxınlıqdakı Fukui və Niiqatada hiss olunub.
İşikavadakı Şika Atom Elektrik Stansiyasında və Niiqatadakı Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında hər hansı anormallıq aşkar edilməyib.
Şərqi Yaponiya Dəmiryolunun açıqlamasına görə, zəlzələlər səbəbilə Hokuriku və Joetsu yüksək sürətli qatar xəttlərində müvəqqəti dayanacaqlar olub.
Nuranə Məmmədova