ABŞ-ın Florida ştatında yeraltı yağış suyu borusunda 1,7 metr uzunluğunda alliqatorun olduğu ortaya çıxıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Florida ştatının Ovyedo qəsəbəsində yeraltı yağış suyu borularındakı anomaliyanı aşkar etmək üçün qruplar tərəfindən borulara robot kamera yerləşdirilib.
Komandaların daha sonra izlədiyi kamera qeydlərində yağış suyu borusunda 1,7 metr uzunluğunda timsahın olduğu görülüb.
Timsahın əvvəlcə qurbağa olduğu düşünüldüyü, yaxınlaşdıqda isə timsah olduğu anlaşıldığı və timsahın təqib edildiyi bildirilib.
Ərazidə olan insanlara su borularına girməmək barədə xəbərdarlıq edilib.
Şayəstə Hüseynova