“Qarabağdan heç kim qaçmır. Bu məlumatlar yalandır. Bəliz qaz yoxdur amma biz möhkəm dayanmışıq” -deyən qondarma rejimin mətbuat katibi Lusine Avanesyanın yalan danışdığını erməni mediası ifşa edib. Alp.az xəbər verir ki, Lusine Avanesyanın Qarabağdan heç kim qaçmır açıqlamasına cavab olaraq “Fakt” nəşri araşdırma aparıb. Nəşr yazıb ki, 2022-ci ilin fevral ayından bu günə qədər rəsmi rəqəmlərlə Qarabağdan 8700 erməni çıxıb.
“Araik Aruthunyan və komandası saxta hesabatlarla insanları aldadır. Rəsmi məlumatlara görə iki ay yaxın zamanda 8700 erməni Qarabağı tərk edib. Bu ermənilər hara gedib? Geri qayıdıbmı? Lusine Avanesyan buna aydınlıq gətirməyib. Rəsmi rəqəmlərə görə iki ay ərzində Laçın dəhlizi vasitəsilə Qarabağa 688 erməni gəlib. Belə görünür ki, Qarabağ erməniləri qaçıb. Həm də maraqlıdır ki, qaçanlar əsasən Xankəndindən gedir. Xankəndi biabırçı idarəçilik nəticəsində boşalıb. Amma Araik Aruthunyan və komandası bu hesabatlara istinad etmir. Çünki daha çox pul qopartmaq üçün onlara yalançı statistika lazımdır” -nəşr yazıb.