Vyetnamda yanğın: Çoxlu ölü

84

Vyetnamda yaşayış binasında baş verən yanğında çox sayda insanın öldüyü açıqlanıb.
Yanğın paytaxt Hanoyda 10 mərtəbəli binada baş verib.
Elchi.az xəbər verir ki, dar küçədə yerləşən yaşayış binasında baş verən yanğında “onlarla” insan həlak olub.
Yanğının qarşısını ala bilən qruplar 70 nəfərin xilas edildiyini açıqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Səlahiyyətlilər binada təxminən 150 nəfərin yaşadığını açıqlayıb.
Bildirilib ki, yalnız bir çıxışı olan binada qəzalı pilləkən yoxdur.

Şayəstə Hüseynova