ABŞ- Serbiya müdafiə əməkdaşlığı regionda sülh və sabitliyə kömək edir və dövlətin müdafiə qabiliyyətini artırır.
Elchi.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekkerlə görüşdən sonra bildirib.
“Biz həmçinin Serbiya və ABŞ arasında müdafiə qabiliyyətimizi gücləndirməyə töhfə verən ikitərəfli müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə etdik”, – Vuçiç qeyd edib.
Dövlət başçısı NATO-nun Kosovodakı qüvvələrinin (KFOR) regionda sülh və təhlükəsizliyin təminatçısı olduğuna diqqət çəkib.
Nuranə Məmmədova