“Ukrayna prezidenti Volodimir Zelenski dövlət cinayəti törədib”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında bildirib.
Zelenskinin səlahiyyət müddəti başa çatıb və Ukraynada hakimiyyət böhranı yaranıb. Zelenski səlahiyyətlərini itirdiyi üçün onunla razılaşmaların indi heç bir hüquqi qüvvəsi yoxdur.
Ukrayna Konstitusiyası prezidentin səlahiyyətlərinin yalnız seçkilər yolu ilə uzadılmasını nəzərdə tutur. Qalan hər şey dövlət cinayətidir. Volodin vurğulayıb ki, Zelenskinin etdiyi də məhz budur.
Xarici dövlətlər çətin vəziyyətdədirlər, çünki Zelenskinin prezidentlik statusunu itirməsi səbəbindən pul itirmək riski var.
Yeganə