image-bez-nazvaniyabackend

Vahe Torosyan:“Paşinyan Qarabağı qurban verdi” 

“Nikol Paşinyan ölkə iqtisadiyyatı  üçün Qarabağı qurban verdi”- Alp.az xəbər verir ki, bunu erməni hüquqşünas Vahe Torosyan bildirib.

“Nikol Paşinyanın dünənki çıxışı sadəcə erməni xalqına qarşı xəyanət idi. O etiraf etdi ki, minlərlə erməni əsgərinin ölümündə günahkardır. Maraqlıdır müharibə edən lider indi niyə geri çəkilir və sülh müqaviləsi bağlamaq üçün düşünür? Aydındır ki, Ermənistan iqtisadiyyatının dirçəldilməsi və Rusiyanın təhdidlərindən qurtulmaq üçün Qarabağı qurban verdi. O birmənalı olaraq Rusiyaya bu Qarabağ, bu da siz deyərək meydanı tərk etdi. Paşinyana indiki halda Qarabağ yox, Ermənistan lazımdır. O seçim qarşısında qaldığında sözsüz Ermənistanı seçməliydi. Bir sözlə o Qarabağı Azərbaycan və Rusiyaya verdi”- deyə Vahe Torosyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki