“Ermənistan öz kursunu dəyişməlidir, ona görə ki, Rusiyanın taleyi həll olunub”.
Alp.az xəbər verir ki, bu sözləri “Sasna Çrer” radikal qruplaşmasının üzvü Vahe Qasparyan deyib. O, erməni xalqına müraciət edərək bildirib ki, bizim başqa çıxış yolumuz yoxdur, Rusiya batmaq üzrə olan gəmidir və biz bu gəmidən qaçmalıyıq.
“Bizim başqa çıxış yolumuz yoxdur. Rusiya batan gəmidir. Deyirsiniz, biz də bu gəmidə qalaq, gəmi ilə bir yerdə bataq? Rusiya artıq zəifləmiş dövlətdir. Putin rejimi gücsüz və dağılmaq üzrədir. Rusiya gec ya tez Cənubi Qafqazı tərk edəcək, öz qoşunların buradan apacaq. Xoşumuza gəlsə də, gəlməsə də, istəsək də, istəməsək də, bu, baş verəcək. Reallıq budur. Biz də bundan uzaqlaşmalıyıq, oturub gözləməməliyik. Vaxtında kursumuzu dəyişməliyik.
Bu barədə beynəlxalq səviyyədə bəyan etməliyik, KTMT-dən çıxmalıyıq, ABŞ-la əməkdaşlıq etməliyik və Amerika, yaxud Fransa ilə birgə Qarabağda sülhməramlı ordu yaratmalıyıq, vəssalam. Bəsdir qorxduq. Sovet İttifaqı artıq yoxdur. Rusiya zəifləmiş, dağılmış, batmaq üzrə olan imperiyadır!”, – deyə Qasparyan fikirlərini tamamlayıb.
konkret.az