“Biz Azərbaycanla sülh danışıqlarını daha da sürətləndirməli, mütləq Azərbaycanla bu müqaviləni bağlamalıyıq. Çünki Ermənistanın nicatı Azərbaycandan asılıdır.”. Alp.az xəbər verir ki, bu fikirləri erməni ekspert Vahe Hovhannisyan öz məqaləsində yazıb.
“Bu, müharibədən sonra həll etməli olduğumuz problemlər var idi. Amma müəyyən qüvvələr Ermənistanın inkişafını istəmir. Araik Aruthunyan və onun komandası Qarabağdakı çıxışları ilə Ermənistanı məhvə aparır. Sual edən yoxdur ki, Qarabağ bizə lazımdırmı? 30 il ərzində Qarabağ bizə nə verib? Bir problem bizi dünyada təcrid edib. Türkiyə ilə normal əlaqələr qurmaqla biz dünyaya inteqrasiya etməliyik. Bizim indiki halda nicatımız Azərbaycandır. Məhz bəzi siyasətçilərimizin populist bəyanatları, hökuməti 30 il ərzində idarə edən şəxslərin yarıtmaz siyasətinin nəticəsidir ki, Ermənistanın iqtisadiyyatı bərbad gündədir. Azərbaycanla düşmənçilik bizi milyardlarla dollar vəsaitdən edib. Gürcüstana baxın bir kəmərdən milyardlar qazınır. Halbuki həmin kəmərlər Ermənistan ərazisində keçə bilərdi” -Vahe Hovhannisyan öz məqaləsində yazıb.