Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb. Alp.az erməni mediasına istinadən xəbər verir ki, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan tribunaya qondarma rejimin bayrağını qoyub. Bundan sonra “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan çıxış edib və qondarma rejimin bayrağını cıraraq yerə atıb.
“Bura gəlirlər, populist çıxışlar edirlər, guya Artsaxı saxlayırlar, Ermənistanı saxlayırlar və narahatdırlar, amma reallıqda 30 ildir eyni sözləri qışqırmaqla yalnız öz ciblərini və öz ailələrinin ciblərini zənginləşdiriblər.Bizə Qarabağ lazım deyil. Qarabağı özləri üçün biznes edənlərə Qarabağ lazımdır ”, – deyə V.Aleksanyan bildirib.
Bundan sonra deputatlar əlbəyaxa davaya çıxıblar.