image-888888backend

Ukraynanın görünməyən qəhrəmanı: Ruslar niyə ona nifrət edir? 

Bütün Rusiyanın nifrət etdiyi görünməz qəhrəman kimdir? Sözsüz çoxları onu yalnız adını eşidib. Söhbət Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıydan gedir. Alp.az xəbər verir ki, Valeriy Zalujnıyı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsinə Volodimir  Zelenski  keçən ilin iyulunda təyin edib.

Valeriy Zalujnıy (ukr. Валерій Залужний) Ukraynanın Rusiyada hərbi təhsil almamış ilk Baş komandanıdır.
Valeriy Zalujnıy Odessa piyada və Kiyev zenit-raket hərbi məktəblərinin məzundur.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanın 48 yaşı var.
Ukrayna  televiziyasına müsahibəsində “Ən böyük arzum  9 mayda Qızıl Meydandakı paradda tank sürmək, tankın üstündə sarı-mavi bayrağımızı dalğalandırmaq istəyirəm” deməsi rusları qıcıqlandırmışdı.
ABŞ-ın The Politico dərgisi onu belə adlandırmışdı – “Ukrayna Ordusunu qələbəyə aparan adam”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki