image-lloyd-ostinbackend

“Ukraynanı dəstəkləməyə davam edəcəyik” – ABŞ müdafiə naziri

“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Alp.Az APA-ya istinadla xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin NATO baş katibi Yens Stoltenberqlə birgə görüşdən əvvəl mətbuat önündə çıxışında deyib.

“Ukraynanın suveren və legitim hökuməti var. Biz Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndiməyi dəstəkləyirik və dəstəkləyəcəyik. NATO-nun bu günkü iclası dünyaya siqnal göndərir ki, alyans Ukraynaya dəstək məsələsində həmrəydir. Biz Rusiyanın Ukraynaya əssasız hərbi hücumunu və işğalını qınayırıq”, o deyib.

Xatırladaq ki, bu gün NATO baş qərargahında alyansa üzv ölkələrin müdafiə nazirlərinin fövqəladə iclası keçirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki